4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa XİN-ə etiraz etdi

10 Sentyabr 2024 10:13
Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa XİN-ə etiraz etdi

Bakı, AzerVoice

Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab Bəyanatı verib.

AzerVoice xəbər verir ki, bəyanatda deyilir:

"Fransanın Baş naziri hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqları heç kəsi çaşdırmır.

Hökumətin növbəti addımı, şübhəsiz ki, "Fransa vətəndaşlarına" sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar "insan hüquqları" və "insan və malların sərbəst hərəkəti" ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq. Fransa Dövlətinin addımlarının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymayqdır.

Fransa beynəlxalq səviyyədə imicinin pisləşdəyini yaxşı anlayır – bunun kökündə Bakı Təşəbbüs Qrupunun təşkilata üzv olan ölkələrin ərazilərinin "insan hüquqları ölkəsi" (Fransa) tərəfindən necə zəbt edildiyini və yerli xalqlara qarşı necə davrandığını və bu gün də davranmağa davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması durur. Kanaky-nin (Yeni Kaledoniya) cari vəziyyəti bunun ən yaxşı nümunəsidir.

Fransa əsarəti altında olan son koloniyalardakı təşkilatların Azadlıq Cəbhəsi koloniyalarını qorumaq üçün ən kobud və antidemokratik hiyləgərliklərə əl atmaqdan çəkinməyən və siyasi tənəzzüldə olan bir ölkənin bu üsullarına qarşı üsyan edir. Burada məqsəd varlığını davam etdirməyə imkan verən maraqlarını saxlamaqla böyük dəniz güclərinin hit-paradında yerini qorumaqdır.

Biz öz tərəfimizdən Bakı Təşəbbüs Qrupu ilə BMT-nin müəyyən etdiyi çərçivədə və ya nəhayət müstəqilliyimizi əldə etmək və xalqlarımızın maraqlarını qorumaq naminə zəruri hesab etdiyimiz hər hansı digər tərəfdaşla işləməyə davam edəcəyik!"

Bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.

Xatırladaq ki, bu ilin iyul ayında Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda Birinci Qurultaylarını keçirdərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar.

Fransa və Niderlandın 17 koloniyasının səlahiyyətli rəsmiləri Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıblar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqləyibər.

Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa XİN-ə etiraz etdi
Məqalədə: #Azərbaycan #Fransa Xarici İşlər Nazirliyi #Fransa koloniyaları

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.