8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ankarada ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb

28 Sentyabr 2024 13:09
Ankarada ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bakı, AzerVoice

Azərbaycanın Ankaradakı səfirliyi 27 sentyabr - Anım günü münasibətilə Türkiyənin paytaxtı Ankarada tədbir təşkil edib.

AzerVoice xəbər veirir ki, “Qarabağ Azərbaycandır” devizi ilə təşkil olunan tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) keçirilib.

Şəhid ailələrinin iştirak etdiyi tədbirdə bürokratlar, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiya üzvləri, hərbçilər və çoxsaylı qonaq iştirak edib.

Sükut dəqiqəsi, dövlət himnlərinin oxunması və Qurani-Kərimin tilavətindən sonra iştirakçılara Qarabağın tarixini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov müharibədə şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib.

Səfir Məmmədov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü canları bahasına müdafiə edən əsgərlərin yazdığı dastan indi məktəblərdə öyrədilir.

Türkiyənin Prezident Təhlükəsizlik və Xarici Siyasət İdarə Heyətinin üzvü və TADİV İdarə Heyətinin sədri Prof. Dr. Aygün Attar çıxışında azad edilən bölgələr haqqında məlumat paylaşıb.

Səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 44 gün ərzində Vətənin azadlığı uğrunda gedən mübarizə ilə bütün dünyaya qəhrəmanlıq nümunəsi göstərildiyini bildirib.

Abbasov qeyd edib ki, “milli qəhrəmanlarımız” olan əsgərlərimizin mübarizəsi, vətən sevgisi gələcək nəslə öyrədilməlidir.

Anma mərasimində Qarabağda şəhid olanlar üçün yazılmış şeir kitabının təqdimatı keçirildi. Həmçinin müharibə dövrünü əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.

Ankarada ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb Ankarada ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb Ankarada ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb Ankarada ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb
Məqalədə: #Ankara #27 Sentyabr - Anım Günü

Mövzu üzrə digər xəbərlər

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Türkiyə

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 17:42
ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj
Digər Dövlətlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

28 Avqust 12:33
İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb
Türkiyə

Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

25 Avqust 10:56

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.