11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Beynəlxalq ictimaiyyət çalışmalıdır ki, Ermənistandan didərgin düşən azərbaycanlılar təhlükəsiz şəkildə geri dönsün - Zəfər Sırakaya

5 Dekabr 2023 08:26
Beynəlxalq ictimaiyyət çalışmalıdır ki, Ermənistandan didərgin düşən azərbaycanlılar təhlükəsiz şəkildə geri dönsün - Zəfər Sırakaya

Bakı. AzerPress:

Ermənistandan didərgin düşən azərbaycanlıların öz torpaqlarına qayıtması çox önəmlidir.

AzerPress xəbər verir ki, bunu Türkiyənin Ədalət Və İnkişaf Partiyasının (AKP) sədr müavini Zəfər Sırakaya “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Birinci Qarabağ Müharibəsi silinməz yaralar açdı. Minlərlə insan öz doğma torpaqlarından didərgin düşdü. Onların mədəni abidələri, ibadət yerləri dağıdılıb. Həmin insanlar ədalətli şəkildə torpaqlarına geri dönməlidir”, - deyə o əlavə edib.

Z.Sırakaya bildirib ki, Azərbaycan Vətən müharibəsində qazandığı qələbə ilə regiondakı ədalətsizliyə son qoydu.

“İndi beynəlxalq ictimaiyyət çalışmalıdır ki, Ermənistandan didərgin düşən azərbaycanlılar təhlükəsiz və ədalətli şəkildə geri dönsün. Beynəlxalq təşkilatların bu prosesdə rolu böyükdür və kənarda qala bilməz. Biz çox gözəl bilirik ki, Azərbaycan antiterror əməliyyatlarında Qarabağın erməni əhalisinə çağırış edərək, orada qalmalarını, birgəyaşayışın mümkün olduğunu bildirib. Lakin Ermənistanda olan müəyyən qruplar regionda olan vəziyyətin əksinə hərəkət etdilər. Ermənistana dəstək olan o dairələr bu gün insan hüquqlarının təminindən danışırlar. Amma Ermənistan didərgin düşən azərbaycanlılara göz yumub”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə 30 ölkədən 100-dən çox qonaq iştirak edir.

Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam edəcək.

Beynəlxalq ictimaiyyət çalışmalıdır ki, Ermənistandan didərgin düşən azərbaycanlılar təhlükəsiz şəkildə geri dönsün - Zəfər Sırakaya
Məqalədə: #Azərbaycan #Ermənistan #AK Parti #Zəfər Sırakaya

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.