6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirib

4 Oktyabr 2024 15:56
İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirib

Bakı, AzerVoice

Oktyabrın 4-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, iclası açan komitə sədri Zahid Oruc komitənin üzvlərini VII çağırış Milli Məclisə seçilmələri münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O, diqqətə çatdırıb ki, iclasın gündəliyinə iki məsələ - İnsan hüquqları komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi və “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Komitə sədri gündəliyin birinci məsələsi ilə bağlı bildirib ki, sənəddə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, o cümlədən müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub.

İş palanında Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə və deportasiya cinayətləri nəticəsində vətəndaşlarımızın pozulmuş insan hüquqlarının bərpası, rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunması ilə bağlı, həmçinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 qlobal iqlim sammitinin keçirilməsi aspektində və digər istiqamətlərdə insan hüquqlarının aktual məsələlərinə həsr olunmuş müvafiq müzakirələrin, dinləmələrin və digər tədbirlərin keçirilməsi əks olunub.

Gündəliyin ikinci məsələsi olan “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri qeyd edib ki, layihədə təklif olunan dəyişikliklər uşaq müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, uşaq hüquqlarının həyata keçirilməsinin təkmilləşdirilməsinə xidmət edir.

Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitə sədri Zahid Oruc, komitə sədrinin müavini Arzuxan Əlizadə, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Sevil Mikayılova, Bəhruz Məhərrəmov, Səyyad Salahlı, Azər Allahverənov, Razi Nurullayev, Vüqar Rəhimzadə, Tural Gəncəliyev, Naqif Həmzəyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

İclasda komitənin qarşıdakı sessiyası üçün iş planı təsdiqlənib, müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputat Mircəlil Qasımlı və digər rəsmi şəxslər iştirak edib.

İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirib İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirib İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirib İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirib
Məqalədə: #İnsan Hüquqları Şurası

Mövzu üzrə digər xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.