6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Konstitusiya Məhkəməsinin sədri İstanbulda beynəlxalq konfransda iştirak edib

14 Oktyabr 2024 23:17
Konstitusiya Məhkəməsinin sədri İstanbulda beynəlxalq konfransda iştirak edib

Bakı, AzerVoice

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq konfransda iştirak etmək üçün İstanbul şəhərində səfərdə olub.

AzerVoice xəbər verir ki, Beynəlxalq konfrans “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Türkiyə Konstitusiya Məhkəməsinin qərarları işığında miqrasiya və insan hüquqları” mövzusunda keçirilib.

Konfransda Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, bir sıra Avropa dövlətlərinin Konstitusiya məhkəmələrinin, Türkiyənin dövlət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Konfransın praktiki hissəsində Miqrasiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası, Konstitusiya Məhkəməsinin deportasiya məsələləri üzrə məhkəmə təcrübəsi, Avropa Konvensiyası çərçivəsində miqrant uşaqların müdafiəsi, eləcə də digər mövzulara dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məruzə ilə çıxış edib, respublikamızın 30 ildən artıq üzləşdiyi qaçqın və məcburi köçkün problemini iştirakçıların diqqətinə çatdırıb, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edildiyini, bununla da həmin şəxslərin pozulmuş bir sıra konstitusion hüquqlarının bərpa edildiyini vurğulayıb.

F.Abdullayev planetimizin üzləşdiyi ən böyük problemlərdən birinin qlobal iqlim dəyişmələri olduğunu bildirib, cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi edəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfər çərçivəsində Türkiyənin Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə hüquq sahəsində fikir mübadiləsi aparılıb.

Konstitusiya Məhkəməsinin sədri İstanbulda beynəlxalq konfransda iştirak edib
Məqalədə: #Konfrans #Fərhad Abdullayev

Mövzu üzrə digər xəbərlər

Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda regional konfrans keçiriləcək
Cəmiyyət

Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda regional konfrans keçiriləcək

18 Noyabr 2025 11:00
"Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilir
Cəmiyyət

"Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilir

7 Noyabr 2025 11:06
DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib
Cəmiyyət

DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib

21 Oktyabr 2025 15:49
Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilir
Siyasət

Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilir

29 Sentyabr 2025 09:39

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.