6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans öz işinə başlayıb. Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

21 Oktyabr 2025 15:49
DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib

BAKI,AzerVoice

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans öz işinə başlayıb.

AzerVoice xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncə tarixən tolerantlıq və multikultural dəyərləri ilə seçilən məkan olub. Burada müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələri uzun illərdir qarşılıqlı hörmət və dostluq şəraitində birgə yaşayırlar. Bu ənənə Gəncənin sosial həyatına, ictimai münasibətlərinə və dini həmrəyliyinə xüsusi rəng qatır. Dinlərarası harmoniyanın qorunmasında din xadimlərinin roluna diqqəti çəkən N.Bayramov vurğulayıb ki, onlar milli-mənəvi dəyərlərin təbliğinə, cəmiyyətin mənəvi birliyinin qorunmasına töhfə verirlər. Tədbirin əhəmiyyətinə də toxunan İcra hakimiyyətinin başçısı onun fikir mübadiləsi, əməkdaşlıq və birgə fəaliyyət üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, bu gün ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bərabərlik, sosial ədalət və milli həmrəylik siyasəti nəticəsində inklüziv cəmiyyət quruculuğu modeli formalaşıb. Bu modeldə fərqliliklərin harmoniya və qarşılıqlı etimad əsasında qiymətləndirilməsi əsas yer tutur. Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial həssas qruplara, mədəniyyətə və mənəvi dəyərlərə xüsusi diqqət yetirərək tolerantlıq ənənələrinin qorunmasına mühüm töhfələr verir.

Ramin Məmmədov diqqətə çatdırıb ki, tarixi proseslərin sürətlə dəyişən məzmunu, ictimai münasibətlər sisteminin üzləşdiyi yeni çağırışlar fərqli bir dövrə qədəm qoyduğumuzu göstərir. Buna görə də biz artıq din xadimi haqqında ənənəvi stereotiplərin dəyişdiyini də müşahidə edirik. Müasir dövr cəmiyyətlə daim ünsiyyətdə olan, sosial prosesləri bilən, gənclərlə dialoq qurmağı bacaran, rəqəmsal platformalarda sağlam dini dəyərləri təbliğ edən maarifçi ruhani obrazına ehtiyac duyur. İndi din xadimlərinin xitab kürsüsü yalnız minbərlər olmamalıdır. Media, sosial şəbəkə, təhsil və digər platformalar icma müstəvisində də təsir sahibi olmaq üçün yeni imkanlar təqdim edir. Din xadiminin ən mühüm missiyalarından biri cəmiyyətin mənəvi immunitetini qorumaq, radikal ideologiyalara qarşı müqaviməti formalaşdırmaqdır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə olan hörmət və birgəyaşayış ənənəsi uzun illərdir ki, cəmiyyətdə sülhün və qarşılıqlı anlaşmanın təmin olunmasında mühüm rol oynayır. Bu nümunə ölkəmizin uğurlu inkişaf modelinin əsas prinsiplərindən biridir.

Musa Quliyev din xadimlərinin cəmiyyətdəki maarifçilik rolunu da önə çəkib. O, inklüziv cəmiyyət qurulmasında dinin rolu və dini xadimlərinin bu sahədəki əhəmiyyətini qeyd edərək, onların qarşılıqlı hörmət, əməkdaşlıq mühitinin yaranmasına verdikləri töhfələrin xüsusi əhəmiyyət daşıdığını söyləyib.

M. Quliyev, bu cür tədbirlərin, cəmiyyətdə daha geniş müzakirələrə və müxtəlif sosial qrupların daha yaxşı inteqrasiyasına imkan yaratdığını da əlavə edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov inklüziv cəmiyyətin inkişafı istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən islahatlar barədə danışıb. Millət vəkili, eyni zamanda bu prosesdə din xadimlərinin üzərinə düşən vəzifələrə toxunaraq bütün dinlərin mahiyyətində və missiyasında şəfqət, mərhəmət hisslərinin dayandığını deyib. Bildirib ki, din xadimlərinin moizələrində bu dəyərlərin gündəmdə saxlanılması, gənclərə, habelə ailələrə doğru yön göstərilməsi inklüzivlik mədəniyyətinin güclənməsinə xidmət edir.

Regional konfrans işini panel iclasları ilə davam etdirir.

DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib
Məqalədə: #Azərbaycan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) #Konfrans #Gəncə #beynəlxalq konfrans

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.