5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO)

Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər.

9 İyul 2025 13:31
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO)

Xankəndi. AzerVoice

Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzerVoice-ə verilən məlumata görə, nümayəndə heyəti Xankəndinin mərkəzi hissəsi ilə tanış olaraq, şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından maraqlanıblar.

Daha sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilib. Tədbirdə çıxış edən Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Xankəndi şəhərinin təməli Qarabağ xanlığı tərəfindən 1823-cü ildə qoyulub.

"Ermənilər 1923-cü ildə rus imperiyası tərəfindən bu qədim Azərbaycan torpağında yerləşdiriliblər. Azərbaycan ordusunun apardığı lokal xarakterli antiterror əməliyyatları zamanı 100 ildən sonra 2023-cü ildə tarixi ədalət bərqərar oldu

İşğaldan azad edildikdən sonra Xankəndi şəhəri yeni bir görkəm alır. Xankəndi gənclər və tələbə şəhəri kimi formalaşır. Biz inanırıq ki, Qarabağ Universiteti tanımış alimlər, mütəxəssislər yetişdirəcək. Yaxın zamanlarda dünyanın ən yaxşı ali məktəblərindən biri olacaq. Bu gün Xankəndi beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qədim Azərbaycan şəhərində aparılan genişmiqyaslı bərpa işləri qəlbimizdə fərəh hissini daha da artırır", - o bildirib.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib ki, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın gücünü strateji baxışını və idarəetmə qabiliyyətini nümayiş etdirir:

"Biz bu ərazilərdə sadəcə fiziki olaraq deyil, bütövlükdə hüquqi, sosial, iqtisadi və mədəni baxımdan dövlət siyasətinə reinteqrasiya edirik. Sizin də şahid olduğunuz kimi hazırda regionda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları elektrik və su təchizatı sistemləri yaradılır.

Azərbaycanın həyata keçirdiyi "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə və könüllü qayıdışı təmin edilir. Bu, müasir tariximizin ən irimiqyaslı sosial proqramlarından biridir. Azad olunmuş torpaqlarda hər bir ailə üçün layiqli yaşam şəraiti yaradılır. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 13 minə yaxın şəxs məskunlaşıb. Bunlar həm keçmiş məcburi köçkünlər, həm də dövlət və özəl sektorda çalışanlar və onların ailə üzvləridir".

S.Qəhrəmanov onu da qeyd edib ki, bu səfər sadəcə bir tanışlıq ziyarəti deyil:

"Bu, həm də Azərbaycanın diplomatik heyətinin işğaldan azad olunmuş ərazilərdə baş verən proseslər və aparılan işlər barədə daha dolğun məlumat əldə etməsi və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir".

Qeyd edək ki, tədbir Qarabağ Universitetinin incəsənət korpusunda davam etdirilib. Qonaqlar universitet heyəti tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.

Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO) Azərbaycanın xaricdəki səfirləri Xankəndidə (FOTO)

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.