6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb

Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

4 Sentyabr 2025 16:59
Azərbaycan müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb

Bakı. AzerVoice

Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin, vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb.

Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının müdafiə naziri “Xatirə dəftəri"nə ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb.

Azərbaycan müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb Azərbaycan müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb Azərbaycan müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb Azərbaycan müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb Azərbaycan müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb Azərbaycan müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb
Məqalədə: #Azərbaycan #Müdafiə Nazirliyi #Vyetnam

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.