5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Hindistan XİN Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı yalan danışmağa davam edir, Bakı cavab tədbirləri görəcək - Mənbə

Hindistanın Xarici İşlər Nazirliyi mətbuat katibi səviyyəsində yalan danışır. Xatırladaq ki, Hindistan XİN nümayəndəsi Azərbaycanın ŞƏT-ə üzvlüyünün guya "vaxt məhdudiyyəti səbəbindən" qəbul olunmadığını iddia edib.

6 Sentyabr 2025 11:47
Hindistan XİN Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı yalan danışmağa davam edir, Bakı cavab tədbirləri görəcək - Mənbə

BAKI,AzerVoice

Hindistanın Xarici İşlər Nazirliyi mətbuat katibi səviyyəsində yalan danışır.

AzerVoice Trend-ə istinadən xəbər verir ki, bunu agentliyə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın guya rəsmi Dehlinin Azərbaycan ŞƏT-ə üzvlüyünü əngəlləmədiyi haqda aşıqlamasını şərh edən diplomatik mənbə bildirib.

Xatırladaq ki, Hindistan XİN nümayəndəsi Azərbaycanın ŞƏT-ə üzvlüyünün guya "vaxt məhdudiyyəti səbəbindən" qəbul olunmadığını iddia edib.

Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünü məhz Hindistan bloklayıb bu prosesdə dirijorluğu isə Rusiya edib.

"Azərbaycan və Ermənistanın ŞƏT-ə üzvlüyü məsələsi 4-5 ay idi müzakirə olunurdu və bu müzakirələr boyu Hindistan Azərbaycanın üzvlüyünə qarşı çıxıb. Üzvlüyün əngəllənməsinin məhz Hindistanın təşəbbüsü olduğuna digər üzvlər də şahid olub.

Sadəcə indi Dehli Rusiyanın pərdəarxası iştirakı ilə atdığı bu addımın çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay Ruhu"na zidd olduğunu, həmçinin, bu prinsiplərdən çıxış edən və ŞƏT-in genişlənməsinə çalışan Çinə qarşı da hörmətsizlik kimi qəbul olunduğunu anladığından, məsuliyyətdən yaxa qurtarmağa çalışır.

Amma Hindistanın Azərbaycanın üzvlüyünü bloklaması nə qədər məhdud və ucuz addım idisə, indi bunu rəsmi şəkildə yalan açıqlamalarla boynundan atmaq cəhdi də bir o qədər məhdud və ucuz gedişdir", – deyə mənbə bildirib.

Mənbə onu da qeyd edib ki, indiyədək Azərbaycan çoxtərəfli diplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb və bu prinsipi pozmayıb. Amma Dehlinin bu ucuz və düşmənçi mövqeyinə cavab olaraq bundan sonra Hindistanın təqdim etdiyi qətnamələrə eyni yanaşma olmayacaq:

"Əgər Hindistan bütün normaları pozaraq açıq düşmənçilik xəttini istəyirsə, bundan sonra Dehlinin bütün qətnamələri, o cümlədən, 2014-cü ildə BMT BA-da Hindistanın təqdim etdiyi və Azərbaycanın da qoşulduğu Beynəlxalq Yoqa Gününün təsis edilməsinə dair qətnamələr kimi sənədlərin də artıq konsensusla deyil, səsvermə ilə qəbul olunmasına təkid edəcəyik. Eyni yanaşma bütün beynəlxalq platformalarda ortaya qoyulacaq".

Məqalədə: #Azərbaycan #Bakı #Rusiya #Hindistan #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #Nyu Dehli #Hindistan Xarici İşlər Nazirliy

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.