4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Qazaxıstan Prezidenti TDT çərçivəsində Kibertəhlükəsizlik Şurası yaratmağı təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Kibertəhlükəsizlik Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. O, bu barədə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib. Tokayev türk ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, müasir dövrün çağırışları sistemli və kollektiv yanaşma tələb edir.

7 Oktyabr 2025 15:42
Qazaxıstan Prezidenti TDT çərçivəsində Kibertəhlükəsizlik Şurası yaratmağı təklif edib

BAKI, AzerVoice

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Kibertəhlükəsizlik Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.

AzerVoice xəbər verir ki, o, bu barədə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Tokayev türk ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, müasir dövrün çağırışları sistemli və kollektiv yanaşma tələb edir.

"Türk Dövlətləri Təşkilatı çərçivəsində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edirəm", – deyə prezident bildirib və bu addımın region dövlətlərinin kibertəhdidlərə qarşı dayanıqlığını artıracağına, həmçinin kritik infrastrukturun mühafizəsini gücləndirəcəyinə diqqət çəkib.

Dövlət başçısı həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) türk dövlətləri məkanında sabitliyin, təhlükəsizliyin və sülhün möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.

"Azərbaycan tərəfinə və bütün türk ölkələrinə CICA-nın tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinə verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Türk dövlətlərini birləşdirən ortaq məqsəd təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmə qarşı mübarizədir və bu istiqamətdə biz səmərəli əməkdaşlıq qurmuşuq", - Tokayev vurğulayıb.

Məqalədə: #Qazaxıstan #Türk Dövlətləri Təşkilatının (TDT) #Kasım-Jomart Tokayev

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

19:56
Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?
Siyasət

Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

1 Sentyabr 22:32
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.