5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

TDT Baş katibi Prezident İlham Əliyevə təşəkkür edib

Tarix və müasirliyin qovuşduğu qədim Azərbaycan şəhəri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində ümumi baxışı əks etdirmək üçün mühüm platforma oldu. Xüsusilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin azad olunması, suverenliyinin və ərazi bütövlüyünün bərpası, eləcə də avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında imzalanmış Birgə Bəyannamə regional sülh və təhlükəsizlik məsələsini gündəliyimizdə daha da aktuallaşdırdı.

7 Oktyabr 2025 17:32
TDT Baş katibi Prezident İlham Əliyevə təşəkkür edib

BAKI, AzerVoice

Tarix və müasirliyin qovuşduğu qədim Azərbaycan şəhəri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində ümumi baxışı əks etdirmək üçün mühüm platforma oldu. Xüsusilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin azad olunması, suverenliyinin və ərazi bütövlüyünün bərpası, eləcə də avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında imzalanmış Birgə Bəyannamə regional sülh və təhlükəsizlik məsələsini gündəliyimizdə daha da aktuallaşdırdı.

AzerVoice xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində mətbuat bəyanatında deyib.

O qeyd edib ki, bu tarixi hadisə Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün, sabitliyin və rifahın təmin olunması yolunda mühüm mərhələdir.

"Bu mühüm toplantının yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Çünki bu Zirvə Görüşündə çox mühüm nəticələr əldə olunub.

Dövlət başçıları və xarici işlər nazirləri türk dünyasında əməkdaşlığı daha da dərinləşdirən və inkişaf etdirən qərarlar qəbul etmişlər. Əsas nəticə isə 12-ci Zirvə Görüşündə Qəbələ Bəyannaməsinin imzalanmasıdır. Bu sənəd gələcək əməkdaşlığımız üçün siyasi məsələlər, xarici siyasət, təhlükəsizlik, iqtisadi və sektorial inkişaf, xalqlar arasında əlaqələr və institusional koordinasiya istiqamətlərində yol xəritəsi müəyyən edir", - deyə o əlavə edib.

Məqalədə: #Türk Dövlətləri Təşkilatının (TDT) #Kubanıçbek Ömurəliyev #Qəbələ

Mövzu üzrə digər xəbərlər

TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir
Türk Dövlətləri

TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

14 Avqust 12:09
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub
Cəmiyyət

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

29 İyul 21:51
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
İqtisadiyyat

Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

27 İyul 18:29
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
İqtisadiyyat

Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

27 İyul 18:11

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.