8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri çıxışlarında müzakirə olunan mövzular, həmçinin təşkilatın gələcək fəaliyyətinə dair müxtəlif fikir və təkliflərini səsləndiriblər.

22 Oktyabr 2025 16:26
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər

BAKI,AzerVoice

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerVoice-ə verilən məlumata görə, Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Assambleya çərçivəsində keçirilən müzakirələrdə iştirak və çıxış ediblər.

Belə ki, nümayəndə heyətinin üzvləri – deputat Sevil Mikayılova təşkilatın İcraiyyə Komitəsinin, Qadın Parlamentarilər Bürosunun iclaslarında, deputat Əminə Ağazadə isə təşkilatın Demokratiya və İnsan Haqları Daimi Komitəsinin iclaslarında və ümumi müzakirələrdə çıxış ediblər.

Milli Məclisin deputatı Kamran Bayramov PAİ-nin Sülh və Beynəlxalq Təhlükəsizlik və Birləşmiş Millətlər Təşkilatının işləri Daimi Komitələrinin iclaslarında və ümumi müzakirələrdə çıxış edib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri çıxışlarında müzakirə olunan mövzular, həmçinin təşkilatın gələcək fəaliyyətinə dair müxtəlif fikir və təkliflərini səsləndiriblər.

Nümayəndə heyətinin hər üç üzvü həmçinin Avrasiya Qrupunun Görüşünə də qatılıblar.

Assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya görüşündə isə Milli Məclisin deputatı Rizvan Nəbiyev iştirak edib.

Qeyd edək ki, 151-ci Assambleya çərçivəsində təşkilata üzv ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının da növbəti sessiyası keçirilib. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev çıxış edərək, Milli Məclisdə rəqəmsal transformasiya sahəsində görülən işlər, tətbiq olunan müasir informasiya texnologiyaları və bu istiqamətdə əldə edilən nəticələr barədə məlumat verib.

Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu da imzalanıb. Sənədi Təşkilatın Baş katibi Muhammed Xurayçi Niyass və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev imzalayıblar.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər
Məqalədə: #Azərbaycan #Milli Məclis #Sevil Mikayılova #Sahibə Qafarova #Cenevrə #Parlamentlərarası İttifaq

Mövzu üzrə digər xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.