7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın Vətəndaş cəmiyyəti Avropa İttifaqına məktub ünvanlayıb.

5 Dekabr 2025 23:34
Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə açıq məktub ünvanlayıblar

BAKI, AzerVoice

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar.

AzerVoice xəbər verir ki, müraciətdə erməni terrorçu Monte Melkonyan adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan ictimaiyyətində geniş çaşqınlıq və narazılıq doğurduğu vurğulanıb. Qeyd edilib ki, təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli idarəçilik prinsiplərini qoruduğunu iddia edən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən Forumun bu qərarı Avropanın dəstəklədiyi bütün platformalardan ədalət və hesabatlılıq gözləyən Azərbaycanın itkin ailələrində Aİ-nin öz prinsiplərinə sadiqliyinə dair ciddi suallar yaradıb.

Qeyd olunub ki, Cenevrədə BMT Ofisinin qarşısında səssiz aksiya keçirən və onilliklər ərzində yaşadıqları faciəyə dünyanın diqqət ayırmağa başladığını düşünən Qarabağın itkin ailələrinin terrorçu qrup hesab edilən bir qurumun üzvü olan və hərbi cinayətkar sayılan Monte Melkonyanın adını daşıyan məktəbin Aİ-yə bağlı bir Foruma qəbul edilməsindən dərindən məyus olublar.

Müraciətdə Monte Melkonyanın 1990-cı illərdə Azərbaycanın Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak etməsinə, ağır cinayətlər törətməsinə baxmayaraq, Ermənistanda hələ də açıq şəkildə qəhrəmanlaşdırıldığı diqqətə çatdırılıb. Onun bu cinayətləri ötən əsrin 70-80-ci illərində Avropanın bir sıra ölkələrində türk diplomatlara və onların ailə üzvlərinə qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqələrindən sonra törətməsi xüsusi vurğulanaraq, bu faktların M.Mrlkonyanın uzun müddət militant fəaliyyətlərdə iştirakının bariz göstəricisi olduğu bildirilib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri M.Melkonyanın adını daşıyan Hərbi-idman liseyinə Forumun üzvlük statusunun verilməsinə dair memorandumun yaxın günlərdə imzalanacağının gözlənildiyi vurğulayaraq, bəzi məsuliyyətsiz Aİ rəsmilərinin bu terrorçunun Azərbaycan xalqı üçün nə ifadə etdiyini bilmədikləri təqdirdə onları M.Melkonyanın Kəlbəcər rayonunun işğalı dövründə çəkilmiş videogörüntülərinə baxmağa çağırıblar.

Müraciətdə, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin silahlı işğalında iştirak edən və ciddi hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin, o cümlədən Monte Melkonyan hələ də qəhrəmanlaşdırılması, Aİ-nin Azərbaycanla bağlı, xüsusilə də ərazi bütövlüyü və dövlət suverenliyinə dair məsələlərdə ikili yanaşmanın davam etdirməsinin müşahidə olunması təəssüf hissi ilə vurğulanıb.

“Xüsusilə Azərbaycanın itkin düşmüş şəxslərinin ailələri soruşurlar: irsi və fəaliyyəti qətliamlarla əlaqələndirilən Monte Melkonyanın adını daşıyan bir qurum Aİ tərəfindən dəstəklənən bir platformada necə təşviq oluna bilər? Biz Avropa İttifaqını bu hörmətsiz addımı yenidən nəzərdən keçirməyə və terrorçunun adını daşıyan bir qurumla bağlanmış razılaşmanı ləğv etməyə çağırırıq”, - deyə müraciətdə qeyd olunub.

Müraciəti ünvanlayanlar Mariyana Kuyundiç ilə görüşərək Avropa Komissiyasının Monte Melkonyan kimi terrorçunu necə və nə üçün qəhrəmanlaşdırması barədə izahat verməsini tələb ediblər.

Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri Əmir Əliyev, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova, “Çapar-Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhməd, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri Ceyran Həsənova, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal imzalayıblar.

Məqalədə: #Ramil İskəndərli #Mariyana Kuyundziç #Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri #Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi #Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa #Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya #erməni terrorçu Monte Melkonyan #Monte Melkonyan adını daşıyan Ermənistan Hərbi-idman liseyi #Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumu #Monte Melkonyan adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması #vropa Təhlükəsizlik və Müdafiə Kolleci

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

17:00
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

13:46
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.