4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Monteneqro ilə iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biridir - Ceyhun Bayramov

İqtisadi əməkdaşlıq Azərbaycan–Monteneqro münasibətlərində vacib və prioritet istiqamətdir.

20 Dekabr 2025 13:59
Monteneqro ilə iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biridir - Ceyhun Bayramov


BAKI, AzerVoice

İqtisadi əməkdaşlıq ənənəvi olaraq Azərbaycan və Monteneqro arasındakı münasibətlərdə vacib yer tutur və dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

AzerVoice-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov bu gün Monteneqro Baş nazirinin müavini, Xarici İşlər Naziri Ervin İbraimoviç ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bu istiqamətə xüsusi önəm verir.

“Keçirilən müzakirələr çərçivəsində, həmçinin hökumətlərarası komissiya formatında geniş spektrli məsələlər ətraflı şəkildə müzakirə olunub. Xüsusilə ticarət dövriyyəsi, qarşılıqlı üstünlüklərin təmin olunması və əməkdaşlığın genişləndirilməsi mövzuları gündəmə gətirilib”, — deyə Ceyhun Bayramov bildirib.

Nazir həmçinin vurğulayıb ki, qarşılıqlı investisiyaların həcmi ümidverici dinamika göstərir.

“Xüsusilə Azərbaycan üçün turizm sektoru perspektivli sahədir. Yeni imkanlar və investisiya layihələri qeyd olunub və investorlar iştirak etməyə dəvət olunub. Həmçinin ixtisaslaşmış qurumlar və müvafiq təşkilatlar arasında turizm sahəsində birbaşa əməkdaşlığın inkişaf etdirilməsi vurğulanıb”, — deyə o əlavə edib.

Məqalədə: #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Monteneqro #Ervin İbrahimoviç

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.