8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Konfrans zikhlərə qarşı qətliamları və insan hüquqları pozuntularını açıq şəkildə nümayiş etdirəcək - Abbas Abbasov

Konfrans Hindistanda etnik azlıqlara qarşı edilən zorakılıqları beynəlxalq ictimaiyyətə çatdırmağı hədəfləyir.

16 Yanvar 2026 10:27
Konfrans zikhlərə qarşı qətliamları və insan hüquqları pozuntularını açıq şəkildə nümayiş etdirəcək - Abbas Abbasov

BAKI, AzerVoice

Bakıda keçirilən beynəlxalq konfrans Hindistanda zikhlərə və digər etnik azlıqlara qarşı həyata keçirilən zorakılıqların real mənzərəsini beynəlxalq ictimaiyyətə çatdırmağı hədəfləyir.

AzerVoice xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov yanvarın 16-da Bakıda “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, bugünkü tədbir çərçivəsində təqdim olunan sərgi, tarixi faktlar və şahid ifadələri zikhlərin üzləşdiyi qətliamları, insan hüquqlarının pozulmasını və vəhşilikləri açıq şəkildə göstərəcək.

Abbas Abbasov qeyd edib ki, konfrans Hindistanda zikhlərə qarşı davam edən zorakılıq kimi ağrılı, təcili və çox zaman diqqətdən kənarda qalan bir mövzunu gündəmə gətirmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu tədbir yalnız akademik müzakirə və ya simvolik xarakter daşımır, eyni zamanda dürüst dialoq aparmaq, məsuliyyət tələb etmək üçün yaradılmış real platformadır.

BTQ-nin icraçı direktoru vurğulayıb ki, konfrans çərçivəsində zikhlərə qarşı ayrı-seçkiliyin tarixi kökləri və bu icmanın ədalət uğrunda apardığı uzunmüddətli mübarizə ətraflı şəkildə təhlil ediləcək. O bildirib ki, sərgi materialları, tarixi sənədlər və canlı şahid ifadələri vasitəsilə insan hüquqlarının sistemli şəkildə pozulması faktları iştirakçıların diqqətinə çatdırılacaq.

Abbas Abbasov əlavə edib ki, hazırda Bakı Təşəbbüs Qrupunun əsas məqsədlərindən biri müstəmləkəçilik və torpaq üzərində mənfəət əldə etməyə yönəlmiş yanaşmaların aradan qaldırılmasına xidmət edən beynəlxalq agentliyin formalaşdırılmasıdır. Onun sözlərinə görə, son iki il ərzində BTQ dünya üzrə 35-dən artıq birgə konfrans təşkil edib və bu tədbirlər çərçivəsində müxtəlif ölkələrdən siyasi liderlər, alimlər, hüquq mütəxəssisləri, müstəqillik hərəkatlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutları bir araya gətirilib.

O həmçinin bildirib ki, BTQ 20-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurub, 25-dən artıq beynəlxalq təşkilat və institutla tərəfdaşlıq formalaşdırıb, 30-dan çox hesabat və dörd kitab nəşr edib, eləcə də Birləşmiş Millətlər Təşkilatına siyasət üzrə bir neçə alternativ hesabat təqdim edib.

Konfrans zikhlərə qarşı qətliamları və insan hüquqları pozuntularını açıq şəkildə nümayiş etdirəcək - Abbas Abbasov Konfrans zikhlərə qarşı qətliamları və insan hüquqları pozuntularını açıq şəkildə nümayiş etdirəcək - Abbas Abbasov
Məqalədə: #BTQ: Zikhlərə qarşı qətliamlar konfransda faktlarla göstəriləcək #Bakıda zikhlərin üzləşdiyi zorakılıqlar beynəlxalq gündəmə çıxarıldı #Abbas Abbasov: Bu konfrans hesabat tələb edən platformadır #BTQ Hindistanda insan hüquqları pozuntularını ifşa edir #Zikhlərə qarşı repressiyalar Bakıda müzakirə olunur #Bakı konfransı Hindistanda zorakılıqları gündəmdə saxlayır

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

7 Sentyabr 17:00
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

7 Sentyabr 13:46
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.