5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Bakıda Hindistanda siqhlərə və digər etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş beynəlxalq konfrans keçirilib

16 yanvar 2026-cı ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, digər rəsmi şəxslər, siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin alimləri, həmçinin Hindistan hökumətinin repressiv və irqçi siyasətinin birbaşa qurbanları iştirak ediblər.

16 Yanvar 2026 21:30
Bakıda Hindistanda siqhlərə və digər etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş beynəlxalq konfrans keçirilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Azərbaycanda ilk dəfə olaraq Hindistan hökumətinin etnik azlıqlara qarşı siyasətinin beynəlxalq müstəvidə müzakirəsinə həsr olunan genişmiqyaslı tədbir təşkil edilib.

AzerVoice xəbər verir ki, 16 yanvar 2026-cı ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, digər rəsmi şəxslər, siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin alimləri, həmçinin Hindistan hökumətinin repressiv və irqçi siyasətinin birbaşa qurbanları iştirak ediblər.

Konfrans çərçivəsində 1984-cü ildə Hindistan hökuməti tərəfindən həyata keçirilmiş “Mavi Ulduz əməliyyatı” zamanı həlak olmuş siqhlərin xatirəsinə həsr edilən sərgi təşkil olunub. Sərgidə siqh xalqının inancında müqəddəs hesab edilən əşyalar nümayiş etdirilib. Daha sonra 2023-cü ildə Kanadada terror aktı nəticəsində qətlə yetirilmiş Hardip Singh Nijjar və Xalistan hərəkatının digər üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edərək bildirib ki, BTQ müasir dövrdə müstəmləkəçilik və neokolonial siyasətlərdən zərər çəkən xalqlara davamlı dəstək göstərir və onların pozulmuş hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi istiqamətində fəal fəaliyyət aparır. Tədbirdə təşkilatın beynəlxalq arenada qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

Konfrans zamanı BTQ tərəfindən hazırlanmış Hindistan hökumətinin siqhlərə qarşı törətdiyi hüquq pozuntuları və cinayətlərə, eləcə də digər etnik azlıqlara qarşı sistemli ayrı-seçkiliyə həsr olunmuş qısametrajlı film iştirakçılara təqdim edilib.

Müzakirələr çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən siqh icmasının nümayəndələri “Siqhlərə qarşı ayrı-seçkiliyin mənşəyi və siqh diasporunun azadlıq uğrunda mübarizəsi” mövzusunda geniş fikir mübadiləsi aparıblar. Hindistanın repressiv siyasəti nəticəsində doğma yurdlarını tərk edərək hazırda Kanada, ABŞ, Böyük Britaniya və digər ölkələrdə yaşayan siqhlərin və digər azlıqların vəziyyəti, siqh fəallarına qarşı dövlət səviyyəsində həyata keçirilən terror aktları, eləcə də Hindistanda icmanın üzləşdiyi əsas siyasi, hüquqi və təhlükəsizlik problemləri diqqət mərkəzində olub.

Konfransda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərini etnik azlıqlara münasibətdə kobud şəkildə pozması məsələləri də müzakirə edilib. Xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqlarının və məhkəmə qərarı olmadan icra edilən edamların araşdırılması, BMT-nin xüsusi məruzəçiləri vasitəsilə hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılıb.

Tədbirin yekununda Bakı Təşəbbüs Qrupu və Qlobal Siqh Təşkilatları tərəfindən siqhlərə qarşı zorakılıq hallarının artıq dördüncü onillikdir davam edən cəzasızlıq praktikasına son qoyulmasına yönəlmiş “Beynəlxalq Fəaliyyətə Çağırış” adlı yekun sənəd qəbul edilib.

Məqalədə: #Bakıda Hindistanda siqhlərə qarşı repressiyalar beynəlxalq səviyyədə müzakirə olunub #Bakı Təşəbbüs Qrupu Hindistanın siqh icmasına siyasətini gündəmə gətirdi #Siqhlərə qarşı zorakılıq Bakıda keçirilən konfransda tənqid edilib #Bakıda Hindistanın etnik azlıqlara münasibəti müzakirə olunub #Siqh diasporu Hindistan hökumətinin siyasətini ifşa etdi #Bakı konfransı: Siqhlərə qarşı cəzasızlığa son qoyulmalıdır #Bakü’de Hindistan’daki Sihlere yönelik baskılar tartışıldı #Bakü Girişim Grubu Hindistan’daki Sih sorununu gündeme taşıdı #Sihlere karşı şiddet Bakü’de uluslararası konferansta ele alındı #Hindistan’ın azınlık politikası Bakü’de masaya yatırıldı #Sih diasporu uluslararası topluma çağrı yaptı #Bakü’de Sihlere yönelik cezasızlık eleştirildi

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.