8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub

“əl-Cəzirə” qəzetində 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc edilib

19 Yanvar 2026 12:50
Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub

BAKI,AzerVoice

Səudiyyə Ərəbistanı Krallığında nəşr olunan nüfuzlu “əl-Cəzirə” qəzetində 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc edilib.

AzerVoice AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli yaddaşında “Qara Yanvar” kimi əbədi həkk olunduğu, bu il həmin hadisələrin 36-cı ildönümünün qeyd edildiyi vurğulanır.

Bildirilir ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunları misli görünməmiş hərbi əməliyyatla Bakı şəhərinə daxil olaraq dinc və silahsız mülki əhaliyə qarşı zorakılıq törədib. Nəticədə 130-dan çox insan şəhid olub, yüzlərlə şəxs yaralanıb.

Yazıda qeyd olunur ki, “Qara Yanvar” faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsini sarsıtmaq məqsədi daşısa da, əksinə, milli şüurun formalaşmasında dönüş nöqtəsinə çevrilib. Bu hadisələr Sovet İttifaqının daxili dağılma prosesini sürətləndirib, 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasına aparan yolu açıb. Xalqın suverenlik və milli ləyaqət uğrunda qətiyyətli mövqeyi bütün dünyaya nümayiş etdirilib.

Məqalədə Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi prinsipial siyasi qiymət xüsusi vurğulanır. Ulu Öndərin 1990-cı il yanvarın 21-də Moskvada keçirdiyi mətbuat konfransında Azərbaycan xalqına qarşı törədilmiş cinayəti açıq şəkildə pisləməsi, beynəlxalq ictimaiyyəti məlumatlandırması və ciddi siyasi təzyiqlərə baxmayaraq qəti mövqe ortaya qoyması qeyd olunur. Bildirilir ki, bu mövqe sonradan müasir Azərbaycan dövlətinin milli suverenliyin və qanuni hüquqların müdafiəsinə əsaslanan siyasi xəttinin ideoloji təməlini formalaşdırıb.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan xalqı hər il 20 Yanvar tarixini fədakarlıq və müqavimətin əbədi rəmzi kimi ehtiramla yad edir. Minlərlə insan Bakıda yerləşən Şəhidlər xiyabanını ziyarət edərək Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənlərin xatirəsini anır.

Eyni zamanda, yazıda vurğulanır ki, müasir Azərbaycan dövləti məhz bu tarixi sınaqlardan keçərək beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bu kontekstdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etdiyi qeyd olunur. Krallığın 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini erkən tanıması və 1992-ci ilin fevralında diplomatik münasibətlərin qurulması ikitərəfli əməkdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradıb.

20 Yanvar faciəsi Azərbaycan xalqının milli yaddaşında Qara Yanvar kimi həkk olunub. 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıya daxil olaraq dinc əhaliyə qarşı zorakılıq törədib. 130-dan çox şəhid, yüzlərlə yaralı, milli azadlıq hərəkatının dönüş nöqtəsi. Azərbaycan xalqının müstəqillik iradəsi, Sovet İttifaqının dağılma prosesi, 1991-ci il müstəqillik. Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi siyasi qiymət, Moskva mətbuat konfransı. Milli suverenlik, hüquqi dövlətçilik, müasir Azərbaycan siyasi xətti. Şəhidlər xiyabanı, xalqın ehtiramı, fədakarlıq və müqavimət rəmzi. Səudiyyə Ərəbistanı ilə Azərbaycan münasibətləri, erkən tanınma, diplomatik əlaqələr. Əl-Cəzirə qəzeti, beynəlxalq mətbuatda Azərbaycan tarixi, regional və qlobal yaddaş.

Məqalədə: #20 Yanvar faciəsi #Qara Yanvar #Azərbaycan müstəqilliyi #milli azadlıq hərəkatı #1990-cı il yanvar hadisələri #Səudiyyə Ərəbistanı mətbuatı #əl-Cəzirə qəzeti #Azərbaycan-Səudiyyə münasibətləri #dinc əhaliyə qarşı zorakılıq

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

7 Sentyabr 17:00
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

7 Sentyabr 13:46
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.