8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb.

25 Yanvar 2026 19:29
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində yanvarın 25-də bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb.

Bu barədə AzerVoice-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Əli bin Saleh Al Saleh bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu çərçivədə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan parlamentinin sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfərinin münasibətlərimizin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparmağa imkan verəcəyini vurğulayıb.

Söhbət zamanı xalqlarımızın dost ölkələrimizi birləşdirən ümumi dini və mədəni dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, siyasi təmasların, iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrin inkişafına təkan verəcəyinə inamlarını ifadə ediblər.

Görüşdə ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdikləri vurğulanaraq, bu təşkilatlarda qarşılıqlı dəstək göstərilməsindən razılıq ifadə olunub.

Söhbət zamanı qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Bəhreyn qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Hər iki ölkənin parlament sədrləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə töhfə verib.

Spiker Sahibə Qafarova Şura Məclisinin sədri ilə bundan əvvəlki görüşlərini, həmçinin, Əli bin Saleh Al Salehin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Manama şəhərində keçirilən konfransında iştirakını məmnunluqla xatırlayıb. Vurğulanıb ki, Bəhreyn Parlamenti bu mühüm parlament platformasının bütün konfrans və parlament tədbirlərində, o cümlədən, təşkilatın rəhbər orqanlarında təmsil olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb
Məqalədə: #Azərbaycan #Milli Məclis #BMT #Sahibə Qafarova #Qoşulmama Hərəkatı #Bəhreyn #İslam Əməkdaşlıq Təşkilatı (İƏT) #Əli bin Saleh Əl-Saleh #Manama

Mövzu üzrə digər xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.