8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

TÜİB-in təşkilatçılığı ilə işgüzar səhər yeməyi keçirilib

“Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib.

31 Yanvar 2026 19:18
TÜİB-in təşkilatçılığı ilə işgüzar səhər yeməyi keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

31 yanvar 2026-cı il tarixində TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi təşkil olunub. Tədbirin məqsədi Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, iş dünyasının aktual məsələlərinin müzakirəsi və yeni tərəfdaşlıqların qurulması olub.

AzerVoice xəbər verir ki, işgüzar səhər yeməyində Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, TÜİB üzvləri və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Toplantıda çıxış edən səfir Birol Akgün Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini qeyd edərək, işgüzar dairələr arasında əlaqələrin genişlənməsinin qarşılıqlı investisiya mühitinə müsbət təsir göstərdiyini vurğulayıb. Səfir, türk və azərbaycanlı iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin əhəmiyyətinə toxunaraq, xüsusilə Türk dünyasında geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışında Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstək mexanizmləri, yerli və xarici investorlar üçün mövcud imkanlar, eləcə də agentliyin biznes ictimaiyyəti ilə əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib.

TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxışında Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin inkişaf perspektivlərinə toxunaraq, Birliyin iş adamları arasında əməkdaşlığın gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirdiyini qeyd edib.

Tədbir çərçivəsində II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun keçirilməsində dəstək göstərən şirkətlərə təşəkkür plaketləri təqdim olunub.

İşgüzar səhər yeməyinin mühüm hissələrindən biri kimi TÜİB ilə onun üzvü olan Business Service Centre (BSC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun imzalanmasından sonra Business Service Centre tərəfindən “Vergilərdə dəyişikliklər” mövzusunda qısa təqdimat keçirilib. Təqdimatda vergi qanunvericiliyində baş verən son dəyişikliklər və onların sahibkarlıq fəaliyyətinə təsiri barədə ətraflı məlumat verilib.

Tədbir networking və sərbəst ünsiyyət formatında davam edib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Türkiyə Azərbaycan biznes əməkdaşlığı TÜİB Türkiye Azerbaycan iş dünyası TÜİB Turkey Azerbaijan business cooperation TUİB Турция Азербайджан деловое сотрудничество TÜİB Coopération économique Turquie Azerbaïdjan Wirtschaftliche Zusammenarbeit Türkei Aserbaidschan Cooperación empresarial Turquía Azerbaiyán Cooperazione economica Turchia Azerbaigian Cooperação empresarial Turquia Azerbaijão التعاون التجاري بين تركيا وأذربيجان همکاری تجاری ترکیه و آذربایجان 土耳其 阿塞拜疆 商业 合作 トルコ アゼルバイジャン ビジネス 協力 터키 아제르바이잔 비즈니스 협력 तुर्की अज़रबैजान व्यापार सहयोग ترکی آذربائیجان کاروباری تعاون তুরস্ক আজারবাইজান ব্যবসায়িক সহযোগিতা Kerja sama bisnis Turki Azerbaijan Kerjasama perniagaan Turki Azerbaijan ความร่วมมือทางธุรกิจ ตุรกี อาเซอร์ไบจาน Hợp tác kinh doanh Thổ Nhĩ Kỳ Azerbaijan Zakelijke samenwerking Turkije Azerbeidzjan Współpraca biznesowa Turcja Azerbejdżan Ділова співпраця Туреччина Азербайджан Cooperare de afaceri Turcia Azerbaidjan Επιχειρηματική συνεργασία Τουρκία Αζερμπαϊτζάν שיתוף פעולה עסקי טורקיה אזרבייג'ן Affärssamarbete Turkiet Azerbajdzjan Forretningssamarbeid Tyrkia Aserbajdsjan

TÜİB-in təşkilatçılığı ilə işgüzar səhər yeməyi keçirilib TÜİB-in təşkilatçılığı ilə işgüzar səhər yeməyi keçirilib TÜİB-in təşkilatçılığı ilə işgüzar səhər yeməyi keçirilib TÜİB-in təşkilatçılığı ilə işgüzar səhər yeməyi keçirilib TÜİB-in təşkilatçılığı ilə işgüzar səhər yeməyi keçirilib TÜİB-in təşkilatçılığı ilə işgüzar səhər yeməyi keçirilib TÜİB-in təşkilatçılığı ilə işgüzar səhər yeməyi keçirilib
Məqalədə: #TÜİB Türkiyə–Azərbaycan biznes əməkdaşlığını müzakirə etdi #Bakıdakı işgüzar səhər yeməyində yeni iqtisadi imkanlar gündəmdə #Türkiyə və Azərbaycan iş adamları Bakıda bir araya gəldi #TÜİB-dən Türkiyə–Azərbaycan iqtisadi inteqrasiyasına töhfə #Bakıdakı toplantıda investisiya və biznes mühiti müzakirə olundu #Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər açılır #TÜİB’den Türkiye-Azerbaycan iş dünyasına güçlü mesaj #Bakü’de Türkiye-Azerbaycan iş kahvaltısı düzenlendi #Türk ve Azerbaycanlı iş insanları yeni fırsatları görüştü #TÜİB ile KOBİA iş dünyasını buluşturdu #Bakü’de ekonomik iş birliği masaya yatırıldı #Türkiye-Azerbaycan ticari entegrasyonu güçleniyor

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

7 Sentyabr 17:00
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

7 Sentyabr 13:46
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.