8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib.

2 Fevral 2026 20:34
İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib.

AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə tərəfdaşlığı çərçivəsində baş tutan forum iki gün davam edəcək. Foruma 28 ölkədən 29 azərbaycanlı, eləcə də Azərbaycana dost xalqları təmsil edən gənc diaspor fəalları qatılıb.
Forumun məqsədi Azərbaycan Diaspor Gənclərinin (ADG) gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin şəbəkələşməsi, onların diaspor fəaliyyətinə cəlb olunmasıdır.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İstanbul şəhərinin Bağcılar rayonunun kaymakamı Abdullah Uçqun, TADEF-in rəhbəri Ədalət Turan və təşkilatın idarə heyətinin üzvləri, İstanbulda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, Xalq artisti Əlixan Səmədov, Əməkdar artist Məlahət Abbasova, Əməkdar incəsənət xadimi Rəşad Zeynalov və Əməkdar rəssam Teymur Rzayev iştirak edir.

Forum çərçivəsində “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik”, “Diaspor və lobbiçilik”, “Diaspor gənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlər keçiriləcək. Eyni zamanda “Azərbaycan dilinin qorunması və təbliği”, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimai diplomatiyada iştirakı”, “Gələcək əməkdaşlıq imkanları və ortaq layihələr” mövzularında panel müzakirələri təşkil olunacaq.

Bununla yanaşı, Azərbaycan Diaspor Gənclərinin (ADG) 2026–2028-ci illər üçün Fəaliyyət Planının müzakirəsi, yeni koordinatorların təqdimatı və mədəni proqramların keçirilməsi nəzərdə tutulur.

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib
Məqalədə: #İstanbulda Azərbaycan Diaspor Gənclərinin beynəlxalq forumu keçirilir #Diaspor gəncləri İstanbulda birlik və inkişafı müzakirə edir #Azərbaycan Diaspor Gəncləri Forumu iki gün davam edəcək #28 ölkədən diaspor gəncləri İstanbulda bir araya gəlib #İstanbul forumunda diasporun gələcək planları müzakirə olunur #Azərbaycan Diaspor Gəncləri üçün strateji forum başladı #İstanbul’da Azerbaycan Diaspora Gençleri Forumu düzenleniyor #Azerbaycanlı gençler İstanbul’da birlik ve gelişimi konuşuyor #Diaspora gençleri iki günlük forumda buluştu #28 ülkeden gençler İstanbul’da bir araya geldi #Azerbaycan Diaspora Gençleri için önemli toplantı #İstanbul’da Azerbaycan gençliğine yönelik forum başladı

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

7 Sentyabr 17:00
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

7 Sentyabr 13:46
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.