4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

ABŞ Ticarət Palatası Amerika şirkətlərinin Azərbaycana ilk biznes missiyasına rəhbərlik edib

ABŞ Ticarət Palatası fevralın 9–10-da Bakıda keçirilən və Azərbaycana yönəlmiş ilk biznes missiyasını başa çatdırıb.

10 Fevral 2026 23:09
ABŞ Ticarət Palatası Amerika şirkətlərinin Azərbaycana ilk biznes missiyasına rəhbərlik edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

ABŞ Ticarət Palatası fevralın 9–10-da Bakıda keçirilən və Azərbaycana yönəlmiş ilk biznes missiyasını başa çatdırıb. ABŞ Ticarət Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan missiya bir sıra sahəvi dəyirmi masalar və siyasət dialoqlarını, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü əhatə edib.

“Bu ilk biznes missiyası ABŞ-nin özəl sektoru ilə Azərbaycanın hökumət və biznes liderləri arasında yeni dialoq kanalları açır,” - deyə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.

“Son iki gün ərzində biz iqtisadi prioritetləri, investisiya mühitini və enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə kimi əsas sahələrdə uzunmüddətli tərəfdaşlığı müzakirə etdik”, - o vurğulayıb.

“ABŞ-nin aparıcı 30 şirkətinin bu tarixi səfəri ABŞ–Azərbaycan münasibətlərində mühüm mərhələ və Cənubi Qafqazda davamlı sülh və rifah naminə Prezident Trampın baxışının həyata keçirilməsinə doğru atılmış növbəti addımdır,” - deyə ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon bildirib.

“Bu gün vitse-prezident Vens və Prezident İlham Əliyev ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar. Bu nümayəndə heyətinə daxil olan şirkətlərlə əməkdaşlıq çərçivəsində Strateji Tərəfdaşlığımız hər iki ölkə üçün faydalı olan əsas yeni sahələrdə əməkdaşlığı inkişaf etdirəcək”, - o qeyd edib.

“Biz bu mühüm biznes missiyasını və Azərbaycanın inkişaf edən rəqəmsal ödənişlər ekosistemini dəstəkləməkdən qürur duyuruq. "Visa" innovasiyaların təşviqi, maliyyə inklüzivliyi və biznesləri gücləndirən, ölkənin iqtisadi transformasiyasını dəstəkləyən təhlükəsiz nağdsız həllərin inkişafına güclü şəkildə sadiqdir”, - deyə "Visa"nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropa üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doros qeyd edib.

Məqalədə: #ABŞ Ticarət Nazirliyi #ABŞ Ticarət Palatası #Amerika şirkətlərinin Azərbaycana ilk biznes missiyası

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.