5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycanın ABŞ-dəki Səfirliyi Vaşinqtonda baş verən təxribatla bağlı bəyanat yaydı

Azərbaycanın təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.

20 Fevral 2026 18:15
Azərbaycanın ABŞ-dəki Səfirliyi Vaşinqtonda baş verən təxribatla bağlı bəyanat yaydı
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA

19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən "Waldorf Astoria" mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib.

VOA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin bəyanatında bildirilib.

Vurğulanıb ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlmiş hücum aktları həyata keçiriblər.

Dövlət başçısının mühafizə olunan nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb. Təhlükəsizlik tədbirləri, standart əməliyyat prosedurlarına uyğun olaraq, yalnız təhlükəsizlik və mühafizənin təmin olunmasına yönəlib.

Bundan əlavə, ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan olunduğu kimi, mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub.

“Beləliklə, ölkənin liderinə və mühafizə olunan kortejə qarşı yönəlmiş hərəkətlərə cavab olaraq həyata keçirilmiş təhlükəsizlik tədbirlərinin yanlış təqdim edilməsi və ya əsaslandırılmamış iddialar yayılması cəhdlərini qətiyyətlə rədd edirik.

Azərbaycanın təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.

Xəbərləri yayarkən məsuliyyətli davranmağa və təsdiqlənməmiş iddialara əsaslanaraq nəticə çıxarmaqdan çəkinməyə çağırış edirik”, - deyə məlumatda qeyd edilib.

Məqalədə: #Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi #Prezidentin Təhlükəsizlik Xidməti

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.