6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Cenevrədə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti müzakirə edildi

Elnur Məmmədov Cenevrədə BMT tribunasından Azərbaycanın mövqeyini açıqladı

25 Fevral 2026 10:18
Cenevrədə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti müzakirə edildi
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 61-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə 23-25 fevral 2026-cı il tarixlərində Cenevrə şəhərində səfərdə olub.

Xarici İşlər Nazirliyindən VOA-ə verilən məlumata görə, səfər çərçivəsində nazir müavini BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.

Bildirilib ki, nazir müavini çıxışı zamanı, postmünaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti, iki ölkə arasında Vaşinqton razılaşmasından irəli gələn məsələlər, o cümlədən Zəngəzur dəhlizinin regional inkişafa verəcəyi töhfədən bəhs edib.

Eyni zamanda, keçmiş münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər qismində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramı barədə məlumat verilib.

Qeyd olunub ki, genişmiqyaslı mina çirklənməsi insan hüquqlarının tam həyata keçirilməsinə ciddi maneə olaraq qalır və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.

Nazir müavini çıxışı zamanı, müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərə münasibətdə keçirilmiş məhkəmə prosesinin beynəlxalq hüquqa və milli qanunvericiliyə uyğun olaraq aparıldığı və verilən qərarlarla ölkəmizin ədaləti bərpa etdiyini vurğulayıb.

BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyində də Azərbaycan tərəfindən həyata keçirilmiş hüquqi prosedurların beynəlxalq standartlara uyğun olduğunun bir daha təsdiqləndiyi xatırlanıb.

Həmçinin Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunun artdığı vurğulanaraq, Azərbaycanda keçirilmiş COP29 tədbirinin iqlim fəaliyyətinin sürətləndirilməsinə mühüm töhfə verdiyi, cari il ərzində isə Bakıda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi diqqətə çatdırılıb.

Cenevrədə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti müzakirə edildi Cenevrədə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti müzakirə edildi Cenevrədə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti müzakirə edildi Cenevrədə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti müzakirə edildi
Məqalədə: #Azərbaycan #Bakı #BMT #Cenevrə #Azərbaycan-Ermənistan #Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.