6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. BBMM-in icraçı direktoru Rəvan Həsənov Leyla Əliyevaya Mərkəz haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm layihələr həyata keçirir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər il beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, dəyirmi masalar və forumlar təşkil olunur. Bu tədbirlərdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər və ictimai xadimlər iştirak edərək multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzularını müzakirə edirlər.

6 Mart 2026 12:52
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

BAKI,VOA

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

VOA xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov Leyla Əliyevaya Mərkəz haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm layihələr həyata keçirir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər il beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, dəyirmi masalar və forumlar təşkil olunur. Bu tədbirlərdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər və ictimai xadimlər iştirak edərək multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzularını müzakirə edirlər.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünə əsasən Mərkəz “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. Bu layihə çərçivəsində dünyanın 27 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub. Eyni zamanda, ölkənin 40-a yaxın universitetinin magistratura səviyyəsində bu fənnin tədrisi aparılır, ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir.

Qeyd olunub ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, monoqrafiyalar, elmi məqalələr və metodik vəsaitlərin, tarixi xəritələrin çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. Bu nəşrlər həm ölkə daxilində, həm də beynəlxalq akademik mühitdə təqdim olunur.

Sonra Mərkəzin fəaliyyətinə dair film nümayiş etdirilib. Leyla Əliyeva Mərkəzin nəşrləri ilə tanış olub.

Leyla Əliyeva Azərbaycanın multikultural dəyərlərinin qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Xüsusilə islamofobiya, antisemitizm və ksenofobiyaya həsr olunan konfransların keçirilməsini, Azərbaycanın xristianlıq irsinin dünyada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Mərkəzin fəaliyyətində gənclərlə işin təşkil olunmasına verilən önəmin Azərbaycan multikulturalizminin tanıdılması istiqamətində mühüm rol oynadığını bildirib. Eyni zamanda, BBMM-in müxtəlif xalqlar arasında anlaşmanın və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Leyla Əliyeva Mərkəzin kollektivi ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib.

Qeyd edək ki, Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
Məqalədə: #Azərbaycan #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.