5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Türk dünyasının ticarət payını 10%-ə çatdırmalıyıq - Cevdet Yılmaz

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin bugünkü görüşündə çıxış edərək, təşkilat daxili ticarət dövriyyəsinin artırılması və regional münaqişələrin həlli ilə bağlı strateji hədəfləri açıqlayıb.

2 Aprel 2026 12:34
Türk dünyasının ticarət payını 10%-ə çatdırmalıyıq - Cevdet Yılmaz

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin bugünkü görüşündə çıxış edərək, təşkilat daxili ticarət dövriyyəsinin artırılması və regional münaqişələrin həlli ilə bağlı strateji hədəfləri açıqlayıb.

VOA xəbər verir ki, Cevdet Yılmaz çıxışında Yaxın Şərqdə davam edən münaqişələrin TDT coğrafiyasına təsirlərinə toxunub. O bildirib ki, İsrailin İran, Qəzza, Yəmən və Livanı hədəf alan hücumları bölgədə sabitliyi pozur. "Davam edən müharibə, xüsusilə Hörmüz boğazı başda olmaqla, enerji xətləri və qlobal iqtisadi sabitlik üçün həyati risklər yaradır", - deyə o vurğulayıb. Türkiyə rəsmisi həmçinin region ölkələrinin İran tərəfindən hədəf alınmasını qəbulolunmaz adlandıraraq tərəfləri təmkinli olmağa çağırıb.

Vitse-prezident TDT ölkələrinin iqtisadi gücünə diqqət çəkərək qeyd edib ki, 180 milyonluq əhali və illik 5% böyümə tempi ilə təşkilatın ümumi daxili məhsulu 2,1 trilyon dollara yaxınlaşır. 2024-cü ildə üzv ölkələr arası ixrac isə 35,3 milyard dollar təşkil edib (ümumi ixracın 6,1%-i).

Cevdet Yılmaz daxili ticarətin ümumi ticarətdəki payının ən azı 10%-ə çatdırılmasını təklif edib.

Türk İnvestisiya Fondunun yaxın vaxtlarda maliyyələşdirmə fəaliyyətinə başlamasının vacibliyi vurğulanıb.

Cənubi Qafqazdakı prosesləri yüksək qiymətləndirən Yılmaz, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının Türk dünyası üçün tarixi fürsət olduğunu bildirib. O, Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizinin və Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tədarük zəncirinin gücləndirilməsindəki rolunu xüsusi qeyd edib.

Türkiyə rəsmisi təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstelin toplantıda iştirakından məmnunluğunu ifadə edərək, Kipr türk xalqının haqlı davasının bütün ailə məclisi tərəfindən dəstəklənməsinə çağırıb.

Bundan əlavə, Türkiyənin COP31-ə (2026, Antalya) ev sahibliyi edəcəyini xatırladan Yılmaz, Azərbaycanın COP29 təcrübəsindən yararlandıqlarını və bütün TDT üzvlərini bu qlobal iqlim hərəkatında birgə fəaliyyətə dəvət etdiyini bildirib.

Sonda Cevdet Yılmaz Türkiyənin keçmiş kənd təsərrüfatı naziri Mehdi Ekerin BMT Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru vəzifəsinə namizədliyini xatırladaraq üzv ölkələrdən dəstək xahiş edib.

Məqalədə: #Cevdet Yılmaz Bakıda: Türk Dövlətləri Teşkilatı qlobal gücə çevrilir #Türkiyənin Vitse-prezidentindən TDT ölkələrinə 10% ticarət hədəfi çağırışı #Türk İnvestisiya Fondu fəaliyyətə başlayır – Cevdet Yılmaz detalları açıqladı #Orta Dəhliz Türk dünyasının rifahına töhfə verəcək – Vitse-prezidentin Bakı çıxışı

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.