8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ceyhun Bayramov Yəmənin baş naziri ilə regional təhlükəsizliyi müzakirə edib

Ceyhun Bayramov Şaya Mohsin Zindani ilə görüşüb.

18 Aprel 2026 12:58
Ceyhun Bayramov Yəmənin baş naziri ilə regional təhlükəsizliyi müzakirə edib

BAKI,VOA

18 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmən Respublikasının baş naziri, xarici işlər və xaricdə yaşayan yəmənlilər naziri Şaya Mohsin Zindani ilə görüşüb.

Xarici İşlər Nazirliyindən VOA-ya verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə Yəmən arasında siyasi dialoqun cari vəziyyətini müzakirə edərək, diplomatik təmasların intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək məsələləri diqqətə çatdırılıb, tərəflər BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatının növbəti il ölkəmizdə təşkil ediləcək sammitinin əməkdaşlığın daha da genişlənməsi üçün vacib platforma olduğu vurğulanıb. Bununla yanaşı, bu il təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumunun həmçinin Azərbaycanın şəhərsalma sahəsində təcrübəsi barədə məlumat verilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Regional təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb, İran ətrafında vəziyyətin sabitləşməsinin və deeskalasiyanın vacibliyi qeyd olunub. Yəməndə mövcud humanitar vəziyyət və sabitliyin bərpası istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə: #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Yəmən #Antalya Diplomatiya Forumu #İkitərəfli münasibətlərin inkişafı #Şaya Mohsin Zindani

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəmən

Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb

7 Sentyabr 18:09
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib

7 Sentyabr 15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.