8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Milli Məclisin sədri İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Sahibə Qafarova Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

21 Aprel 2026 19:23
Milli Məclisin sədri İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

BAKI,VOA

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə VOA-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı özünün İrlandiyaya səfəri və keçirdiyi görüşləri, o cümlədən, ötən ilin iyul ayında İrlandiya parlamentinin spikeri Verona Mörfi ilə görüşünü məmnunluqla xatırlayan spiker Sahibə Qafarova bu cür təmaslar zamanı parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılığa gəlindiyini söyləyib. O, bu səfərin də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib. Tərəflər həmçinin beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Səfərə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirən Toni MakKormak spiker Verona Mörfinin salamlarını Milli Məclis sədrinə çatdırıb. Qeyd olunub ki, parlamentlərimiz arasında daha sıx əlaqələrin qurulması üçün imkanlar mövcuddur. O, bu cür səfər və təmasların da bu məqsədə xidmət etdiyini söyləyib.

Milli Məclisin sədri qonaqlara həmçinin, Azərbaycanın demokratik inkişafı və əldə olunan nailiyyətlər, o cümlədən, qanunverici orqanın işi, parlamentin beynəlxalq fəaliyyəti haqqında məlumat verib. Vurğulanıb ki, Azərbaycanın müstəqil xarici siyasəti parlamentin də bu sahədə fəaliyyəti üçün əlverişli imkanlar yaradır. Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini bildirən spiker Sahibə Qafarova deyib ki, bu kimi beynəlxalq tədbirlərdə Azərbaycan özünün dünyaya baxışlarını da təqdim edir.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.

Milli Məclisin sədri İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb Milli Məclisin sədri İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb
Məqalədə: #Milli Məclis #Sahibə Qafarova #İrlandiya #Azərbaycan-Ermənistan #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan-Ermənistan sülh prosesi #Azərbaycan-Ermənistan normallaşma prosesi #Azərbaycan Ermənistan sülh prosesi #Ermənistan–Azərbaycan sülh prosesi

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17

Son Xəbərlər

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
15:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.