5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan və Yunanıstan əməkdaşlığın inkişafını müzakirə edib

Afinada Azərbaycan və Yunanıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

12 May 2026 18:49
Azərbaycan və Yunanıstan əməkdaşlığın inkişafını müzakirə edib

BAKI,VOA

Mayın 12-də Afinada Azərbaycan və Yunanıstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyindən VOA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Aleksandra Papadopulu rəhbərlik edib.

Görüş çərçivəsində Azərbaycan və Yunanıstan arasında mövcud olan siyasi dialoqun hazırkı vəziyyəti ətraflı nəzərdən keçirilib, mütəmadi olaraq müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.

Məsləhətləşmələr zamanı həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində, o cümlədən Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri çərçivəsində əlaqələrin inkişafına dair perspektivlər müzakirə edilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində təmasların və əməkdaşlığın davam etdirilməsi ilə bağlı məmnunluq ifadə olunub.

Görüş zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə: #Azərbaycan #Azərbaycan XİN #Yunanıstan #Fariz Rzayev #Beynəlxalq əməkdaşlıq #Siyasi məsləhətləşmələr #Aleksandra Papadopulu #strateji enerji layihələri #Afinada görüş #nəqliyyat layihələri #Azərbaycan və Yunanıstan arasında siyasi dialoq #Fariz Rzayevin Yunanıstana səfəri #Azərbaycanın strateji enerji layihələri

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.