11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcminin 10 milyard dolları keçib.

4 İyun 2026 22:44
Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

BAKI,VOA

Bizim Azərbaycanla həm iqtisadiyyatda, həm də siyasətdə həmişə çox yaxşı və səmimi münasibətlərimiz olub və bu davam edir.

VOA-nın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında bildirib.

Bir neçə il əvvəl iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalandığını xatırladan Rusiya dövlətinin başçısı qeyd edib: “Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır”.

Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcminin 10 milyard dolları keçdiyini vurğulayan Vladimir Putin deyib: "Rusiya kapitalı ilə çoxlu sayda müəssisə fəaliyyət göstərir. Humanitar məsələlərdə sıx qarşılıqlı fəaliyyətimiz var”.

Vladimir Putin, həmçinin iki ölkənin logistika sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələsinin olduğunu bildirib. Rusiya Prezidenti buna nümunə olaraq “Şimal-Cənub” nəqliyyat dəhlizini göstərib.

Məqalədə: #Azərbaycan #Prezident İlham Əliyev #Rusiya #Vladimir Putin

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.