7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu

Azərbaycan və ABŞ rəsmiləri ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

17 İyun 2026 18:02
Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu

BAKI,VOA

İyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeyi qəbul edib.

XİN-dən verilən məlumata görə, görüş zamanı, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş Sammitin ikitərəfli və regional əlaqələrdə əhəmiyyətini vurğulayaraq, sammit çərçivəsində əldə olunmuş tarixi razılaşmaların iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət etdiyini qeyd edib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm əsas yaratdığı bildirilib.

Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan–ABŞ İqtisadi Əməkdaşlıq Dialoqunun keçirildiyi, ticarət, investisiyalar, enerji, nəqliyyat, rəqəmsal inkişaf və digər sahələri əhatə edən 10 əməkdaşlıq sənədinin imzalandığı diqqətə çatdırılıb.

Görüşdə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsinə və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəssiz bağlantıların yaradılmasına xidmət edəcək TRIPP layihəsinin reallaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunarkən, ikitərəfli əməkdaşlıqda məhdudiyyətlərin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ABŞ-ın Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğvinin iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun olacağı, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, sözügedən düzəliş öz mahiyyətinə görə köhnəlmiş yanaşmanı əks etdirir və mövcud geosiyasi reallıqlar, eləcə də Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır.

Nazir Azərbaycanın uzun illərdir Avropanın və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edərək, ölkəmizin ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Bu istiqamətdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin və ölkəmizin Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsinin strateji əhəmiyyəti vurğulanaraq, C6 formatında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi də müzakirə olunub. Nazir Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu
Məqalədə: #Azərbaycan #ABŞ #Ceyhun Bayramov #diplomatiya #təhlükəsizlik #enerji #Abraham Hamadei

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.