6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib

İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilir.

29 İyun 2026 10:48
Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib

BAKI,VOA

Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin rəsmi açılış mərasimi başa çatıb.

VOA-in tədbirdəki müxbiri xəbər verir ki, rəsmi açılış mərasimində Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakçılara ünvanladıqları müraciətlər səsləndirilib.

Dövlət başçıları çıxışlarında Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq dil, tarix və mədəni kimliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Onlar qurultayın irsinin bu gün də aktuallığını qoruduğunu, türk dövlətləri arasında əməkdaşlıq, birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

Liderlər, həmçinin Azərbaycanın Türk dünyasının inteqrasiyası və əməkdaşlığının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək, Bakıda keçirilən yubiley tədbirinin rəmzi əhəmiyyət daşıdığını qeyd ediblər. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev da çıxış edərək türk dünyasının tarixindən, türklərin tarixdəki izindən və bugünkü tədbirin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov isə çıxışında qeyd edib ki, türkologiyanın tarixini bilənlər bu yol uğrunda hansı qurbanların verildiyini yaxşı anlayırlar: "Bizim ailəmiz türk dövlətləridir. Türk dünyasının burada bir araya gəlməsindən böyük xoşbəxtlik ola bilməz. Dildə, fikirdə və əməldə türk insanı daim bir olmalıdır".

Rəsmi açılış mərasimindən sonra konqres bədii proqrama keçid alıb.

Bədii hissədən sonra isə gün ərzində plenar iclaslar, panel müzakirələri ilə davam edəcək.

Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib Bakıda “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib
Məqalədə: #Heydər Əliyev Mərkəzi #Türk Dünyası Həftəsi #Birinci Türkoloji Qurultayın 100 illiyi

Mövzu üzrə digər xəbərlər

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
Siyasət

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

3 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

3 İyul 15:56
Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb
Siyasət

Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

3 İyul 12:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

29 İyun 21:13

Son Xəbərlər

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.