8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Qətər
Qətər

Qətər Qəzza zolağındakı vəziyyətin nizamlanmasını istəyir

Qətər, İran və İsrail arasında əldə olunan atəşkəsdən sonra Qəzza zolağında münaqişənin nizamlanması üçün yaranmış imkanlardan istifadə etməyi planlaşdırır.

29 İyun 2025 14:14
Qətər Qəzza zolağındakı vəziyyətin nizamlanmasını istəyir

BAKI, AzerVoice

Qətər, İran və İsrail arasında əldə olunan atəşkəsdən sonra Qəzza zolağında münaqişənin nizamlanması üçün yaranmış imkanlardan istifadə etməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari "Al Jazeera" telekanalına açıqlama verib.

“Qətərin vasitəçiliyi ilə İran və İsrail arasında əldə olunmuş atəşkəs, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə aparılan işlərin nəticəsində əldə edilmiş impuls yaratdı. Biz bu impulsdan istifadə edərək HƏMAS və İsrail arasında razılaşmaya nail olmaq istəyirik” - deyə, Əl-Ənsari bildirib.

Onun sözlərinə görə, İran və İsrail arasında atəşkəs bölgədə sülhün bərqərar olunması üçün şərait yaradıb.

“Düşünürəm ki, bu haqda danışmaq hələ tezdir və qarşımızda hələ görüləsi çox iş var”, – deyə o əlavə edib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ, İran və İsrail arasındakı gərginliyə müdaxilə edərək İranda yerləşən üç nüvə obyektinə hücum etmişdi. Cavab olaraq, İran iyunun 23-də Dohaya yaxın yerləşən ABŞ-ın Əl-Udeyd hərbi hava bazasına raket zərbəsi endirib. Qətər Silahlı Qüvvələrinin verdiyi məlumata görə, İrandan 19 raket buraxılıb, onlardan 18-i ələ keçirilib, biri isə baza ərazisinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Zərbədən dərhal sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəs rejiminə razılaşdıqlarını açıqlayıb.

Qeyd edək ki, martın 18-də İsrail ordusu, yanvar ayında qüvvəyə minmiş atəşkəs rejimini pozaraq Qəzza zolağında hərbi əməliyyatları bərpa etmişdi. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə aparılmış bir neçə danışıqlar raunduna baxmayaraq, tərəflər yeni razılaşma şərtlərində ortaq mövqe tapa bilməmişdi.

İyunun 24-də Qətərin Baş naziri və Xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani bildirib ki, yaxın günlərdə İsrail və HƏMAS nümayəndələri arasında Qəzza münaqişəsinin həlli ilə bağlı dolayı danışıqların keçirilməsi planlaşdırılır.

Məqalədə: #İsrail #İran #Qəzza zolağı #ABŞ #Qətər #İsrail-İran münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb

7 Sentyabr 22:07
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.