13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qazaxıstan
Qazaxıstan

Qazaxıstan parlamenti ləğv edilərək Qurultay adı altında vahid palatada birləşdirilir

Qazaxıstanın iki palatadan ibarət mövcud parlament sistemi ləğv edilir və ölkə birpalatalı qanunverici orqan sisteminə keçir. Qızılorda şəhərində keçirilən Milli Qurultayın 5-ci iclasında çıxış edən Prezident Kasım-Jomart Tokayev yeni yaradılacaq parlamentin "Qurultay" adlandırılacağını rəsmi şəkildə elan edib. Dövlət başçısı bu adın xalq üçün dərin tarixi mənaya malik olduğunu və ölkənin siyasi sistemində mühüm dövlət rəmzi kimi qalmasının vacibliyini vurğulayıb.

20 Yanvar 2026 15:43
Qazaxıstan parlamenti ləğv edilərək Qurultay adı altında vahid palatada birləşdirilir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

Qazaxıstanın iki palatadan ibarət mövcud parlament sistemi ləğv edilir və ölkə birpalatalı qanunverici orqan sisteminə keçir.

AzerVoice xəbər verir ki, Qızılorda şəhərində keçirilən Milli Qurultayın 5-ci iclasında çıxış edən Prezident Kasım-Jomart Tokayev yeni yaradılacaq parlamentin "Qurultay" adlandırılacağını rəsmi şəkildə elan edib. Dövlət başçısı bu adın xalq üçün dərin tarixi mənaya malik olduğunu və ölkənin siyasi sistemində mühüm dövlət rəmzi kimi qalmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev
RƏSMİ

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib

OXU

Yeni islahat paketində parlamentin strukturu və səlahiyyətləri köklü şəkildə yenidən qurulur. Peşəkarlığı artırmaq məqsədilə Qurultayda deputat yerlərinin sayı 145 olaraq müəyyən edilib və parlamentdə prezident kvotası tamamilə ləğv edilib. Bundan əlavə Konstitusiya Məhkəməsi, Hesablama Palatası və Mərkəzi Seçki Komissiyasının rəhbər heyəti artıq prezident təyinatı ilə deyil, yalnız parlamentin təsdiqi ilə vəzifəyə gələcək. Bu addım qanunverici orqanın nəzarət funksiyasını gücləndirməyə xidmət edir.

Parlamentə seçkilər proporsional sistemlə keçiriləcək və partiyalar üçün 5 faizlik seçki baryeri tətbiq olunacaq. Tokayev bu sistemin siyasi partiyaların cəmiyyət qarşısındakı məsuliyyətini artıracağını qeyd edib. Birpalatalı sistemə keçid üçün yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulur və bu məqsədlə xüsusi Konstitusiya Komissiyası yaradılacaq. Komissiyanın hazırladığı təkliflər qəbul edildikdən sonra yeni sistemin təsdiqi üçün referendum tarixinin müəyyənləşdiriləcəyi bildirilir.

Məqalədə: #Qazaxıstan #Kasım-Jomart Tokayev #Qazaxıstan parlamenti #Konstitusiya islahatı #Birpalatalı sistem #Referendum 2026

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01
Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev
Qazaxıstan

Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

28 Avqust 16:03

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.