4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qırğızıstan
Qırğızıstan

Qırğızıstan və Küveyt Əməkdaşlığı Yeni Mərhələyə Keçir

21 Fevral 2025 10:52
Qırğızıstan və Küveyt Əməkdaşlığı Yeni Mərhələyə Keçir

Bakı,AzerVoice

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev rəsmi səfəri çərçivəsində Küveytin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşüb

AzerVoice xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlığın yüksək potensialını qeyd edərək, Qırğızıstan-Küveyt münasibətlərini yeni səviyyəyə çıxarmaq istəklərini bildiriblər.

Danışıqlarda siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Bundan əlavə, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Öz növbəsində Abdullah Əli Əl-Yəhya Küveytin ikitərəfli münasibətlərin dərinləşməsində maraqlı olduğunu təsdiqləyib və dövlət qurumları ilə özəl sektor arasında yeni əməkdaşlıq mexanizmlərinin yaradılması təşəbbüsünü dəstəkləyib.

Görüşün sonunda Jeenbek Kulubayev küveytli həmkarını Qırğızıstana rəsmi səfərə dəvət edib. Abdullah Əli Əl-Yəhya dəvəti qəbul edib və yaxın vaxtlarda Qırğızıstana səfər etməyə hazır olduğunu bildirib.

Danışıqlar nəticəsində iki əsas saziş imzalanıb:

1) Qırğızıstan Nazirlər Kabineti və Küveyt Hökuməti arasında əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu.

2) Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Küveyt Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutu arasında Anlaşma Memorandumu.

Məqalədə: #Küveyt #Qırğızıstan #Jeenbek Kulubayev #Küveyt Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib
BƏƏ

BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib

3 Sentyabr 19:30
Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib
Bəhreyn

Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib

3 Sentyabr 18:53
İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ
Digər Dövlətlər

İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

3 Sentyabr 18:50
Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb
Küveyt

Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb

3 Sentyabr 18:08

Son Xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.