8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə İsrailin İrana hücumlarını qəti şəkildə pisləyib

Səudiyyə Ərəbistanı İsrailin İran İslam Respublikasına qarşı həyata keçirdiyi açıq hərbi hücumları kəskin şəkildə qınayıb.

13 İyun 2025 09:55
Səudiyyə İsrailin İrana hücumlarını qəti şəkildə pisləyib

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanı İsrailin İrana qarşı hərbi hücumlarını sərt tənqid edib.

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı İsrailin İran İslam Respublikasına qarşı həyata keçirdiyi açıq hərbi hücumları kəskin şəkildə qınayıb.

Krallığın Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda bu addımların İranın suverenliyinə və təhlükəsizliyinə təhdid olduğu, beynəlxalq hüquq və normalara zidd hərəkət kimi qiymətləndirildiyi bildirilib.

“Səudiyyə Krallığı, İran İslam Respublikasının suverenliyinə və təhlükəsizliyinə açıq şəkildə toxunan, beynəlxalq qanunlara və beynəlxalq münasibətlər normalarına zidd olan bu hücumları qəti şəkildə pisləyir və şiddətlə qınayır”, – deyə bəyanatda vurğulanıb.

Bəyanatda əlavə olunub ki, bu cür hərbi təxribatlar bölgədə gərginliyi artırır və beynəlxalq ictimaiyyətin, xüsusən də BMT Təhlükəsizlik Şurasının dərhal müdaxiləsini tələb edir.
“Krallıq hesab edir ki, beynəlxalq ictimaiyyət və Təhlükəsizlik Şurası bu hücumu dərhal dayandırmaq üçün məsuliyyət daşıyır.” - deyə qeyd edilib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu bu günlərdə ölkəsinin İranın nüvə və raket infrastrukturuna qarşı “Yüksələn Şir” adlı əməliyyata başladığını açıqlayıb. Netanyahu bu hücumların İranın nüvə təhlükəsi tam aradan qaldırılanadək davam edəcəyini bildirib. İran tərəfi isə hücumlara qarşı cavab tədbirləri görüləcəyini bəyan edib.

Məqalədə: #İsrail #İran #Səudiyyə Ərəbistanı #İsrail və İran gərginliyi #Səudiyyə Ərəbistanı diplomatiya #İran-İsrail geosiyasi mübarizəsi #İran nüvə proqramı #İran və İsrail arasında hərbi toqquşma riski

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib

11:00
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib

09:48
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Səudiyyə Ərəbistanı

Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb

09:36

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.