5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Ciddədə caz və milli irsin sintezi - Dövlət və özəl sektor tərəfdaşlığı başlayır

Səudiyyə Musiqi Komissiyası və "Jazz in Jeddah" platforması arasında imzalanan strateji tərəfdaşlıq sayəsində gənc səudiyyəli musiqiçilər yeni təlim, mentorluq və beynəlxalq səhnələrdə çıxış imkanları əldə edəcəklər. Rəsmi bəyanata əsasən, bu əməkdaşlıq həm yerli istedadları üzə çıxarmaq, həm də birgə konsertlər və mədəni mübadilə təşəbbüsləri vasitəsilə Səudiyyə və xarici musiqiçiləri bir araya gətirmək məqsədi daşıyır.

9 Avqust 2026 08:24
Ciddədə caz və milli irsin sintezi - Dövlət və özəl sektor tərəfdaşlığı başlayır

Səudiyyə Musiqi Komissiyası və "Jazz in Jeddah" platforması arasında imzalanan strateji tərəfdaşlıq sayəsində gənc səudiyyəli musiqiçilər yeni təlim, mentorluq və beynəlxalq səhnələrdə çıxış imkanları əldə edəcəklər.

Rəsmi bəyanata əsasən, bu əməkdaşlıq həm yerli istedadları üzə çıxarmaq, həm də birgə konsertlər və mədəni mübadilə təşəbbüsləri vasitəsilə Səudiyyə və xarici musiqiçiləri bir araya gətirmək məqsədi daşıyır.

"Call of Culture" təşkilatının dəstəyi ilə keçirilən "Jazz in Jeddah" layihəsi Tarixi Ciddə ərazisində caz musiqisini Səudiyyənin musiqi irsi ilə sintez edən tədbirlər təşkil edir və gənc ifaçılar üçün əlverişli platforma rolunu oynayır.

Platforma həmçinin hər il 10-dan çox ölkədə keçirilən beynəlxalq festivallarla əməkdaşlıq edərək səudiyyəli sənətçilərin dünya səviyyəsində tanınmasına və mədəni mübadiləyə geniş imkanlar yaradır.

Yeni tərəfdaşlıq çərçivəsində səudiyyəli musiqiçilər xarici ifaçılarla birgə çalışmaq, təcrübə toplamaq və Krallığın sürətlə inkişaf edən musiqi mühitini qlobal musiqi ictimaiyyəti ilə birləşdirən ortaq layihələrdə yer almaq şansı qazanacaqlar.

"Səudiyyə dinləyiciləri və musiqiçiləri dunya səviyyəli səhnəyə layiqdirlər", - deyə "Jazz in Jeddah" platformasının təsisçisi Məhəmməd Bəxrəibə bildirib.

"Bu strateji əməkdaşlıq bir tərəfdən caz musiqisinin ölkədəki nüfuzunu artırmaq, digər tərəfdən isə Səudiyyə sənətçilərinə və zəngin musiqi irsimizə sərmayə qoymaq imkanlarımızı daha da möhkəmləndirir".

Bu anlaşma Musiqi Komissiyası ilə "Jazz in Jeddah" arasında daha əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsaslanır və Səudiyyə Ərəbistanının musiqi sənayesinin inkişafında özəl sektorun iştirakını təşviq etmək məqsədi daşıyır.

Müştərək fəaliyyət Krallığın canlı musiqi və mədəniyyət mühiti genişlənməyə davam etdikcə, müxtəlif musiqi üslublarını nümayiş etdirməyə və cazın Səudiyyə musiqi ənənələri ilə əlaqələrini araşdırmağa yönələcək.

Səudiyyə Musiqi Komissiyasının icraçı direktoru Pol Pasifiko dövlət qurumları ilə özəl sektor arasındakı əməkdaşlığın musiqiçilər üçün davamlı imkanlar yaratmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Jazz in Jeddah dinləyicilər və sənətçilər arasında dəyərli bir bağ qurmağı bacarıb. Bu tərəfdaşlıq Səudiyyə Ərəbistanının musiqi mühitini zənginləşdirən və onun beynəlxalq mədəniyyət səhnəsindəki mövqeyini gücləndirən uzunmüddətli imkanlar yaratmağımıza zəmin yaradır", - deyə o əlavə edib.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Səudiyyə Musiqi Komissiyası #Jazz in Jeddah #caz və milli irsin sintezi #Call of Culture #Məhəmməd Bəxrəibə #Pol Pasifiko #Səudiyyə musiqi irsi #Paul Pacifico Saudi Music Commission #Saudi Music Commission Jazz in Jeddah 2026 #Mohammed Bakhreba Jazz in Jeddah #Saudi heritage and jazz fusion project

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib

13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb

13:33
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək

11:44
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

4 Sentyabr 14:11

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.