6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Parlamentlərarası İttifaqın Baş katibi Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıldı

2 Fevral 2024 01:36
Parlamentlərarası İttifaqın Baş katibi Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıldı

Bakı. AzerVoice:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.

Ombudsman Aparatından AzerVoice-ə bildiriblər ki, görüş zamanı Ombudsman qonağa mandatı, insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan Müvəkkil bır sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlığa dair sazişlər imzalandığını və qarşılıqlı əlaqələrin inkişaf etdirildiyini bildirib. Qeyd edib ki, bu kimi əlaqələr insan hüquqları sahəsində təcrübə mübadiləsi ilə yanaşı, müsbət ölkə təcrübələrinin beynəlxalq arenaya çıxarılmasında da mühüm rol oynayır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər nüfuzlu beynəlxalq qurumlar ilə əməkdaşlığa toxunan Müvəkkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, o cümlədən ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələri ilə bağlı geniş məlumat verib. Ombudsman təsisatın BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) tərəfindən həyata keçirilən Universal Dövri İcmal prosesində fəal iştirak etdiyini, dövri məruzələrin təqdim edildiyini vurğulayıb.

Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini bildirib.

Ombudsman gender bərabərliyinin təbliği və təmini, qadın hüquqlarının müdafiəsi, zorakılığa və erkən nikahlara qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyətdən bəhs edib, Bakı Dövlət Universitetində “Genderə giriş” fənnini tədris etdiyini, təsisat tərəfindən eyni adda mühazirələr toplusunun hazırlandığını diqqətə çatdırıb.

Müvəkkil Milli Preventiv Mexanizm fəaliyyəti barədə də məlumat verərək əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələrin keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını, verilmiş tövsiyələrin icrasının nəzarətdə saxlanıldığını qeyd edib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də məlumat əldə olunmadığını bildirib. Otuz illik işğal dövründə Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundan danışan Ombudsman mina probleminin vətəndaşların həyat və sağlamlığına təhdid yaratdığını, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb.

Müvəkkil Ermənistanın ölkəmizə qarşı nifrət və müharibə cinayətləri ilə bağlı xüsusi hesabatların hazırlandığını və beynəlxalq təşkilatlara, xarici ombudsman və milli insan hüquqları institutlarına göndərildiyini söyləyib.

Səbinə Əliyeva növbədənkənar prezident seçkiləri ərəfəsində Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Bakıda və regionlarda vətəndaşların seçki hüququnun təmini mövzusunda birgə hüquqi-maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qonağın diqqətinə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Parlamentlərarası İttifaqın Baş katibi Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıldı Parlamentlərarası İttifaqın Baş katibi Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıldı Parlamentlərarası İttifaqın Baş katibi Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıldı
Məqalədə: #ombudsman #Səbinə Əliyeva

Mövzu üzrə digər xəbərlər

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb
Cəmiyyət

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

29 Avqust 12:54
Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər
Cəmiyyət

Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

28 İyul 10:09
Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq
Cəmiyyət

Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

8 İyun 14:08
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib
Cəmiyyət

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

7 May 13:12

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.