7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xocalı soyqırımı qurbanları anılıb

23 Fevral 2024 17:36
Xocalı soyqırımı qurbanları anılıb

Baku,AzerVoice

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AzerVoice xəbər verir ki , Tədbirdə Aİİ-nin müəllim və tələbə heyəti, o cümlədən əməkdaşları iştirak ediblər.
Ali təhsil müəssisəsinin rektoru, dosent Aqil Şirinov bu qətliamın dünyada görünməmiş ən dəhşətli soyqırımı olduğunu, 32 il bundan öncə məhz bu günlərdə Xocalı sakinlərinin xüsusi amansızlıqla qətl edildiklərini diqqətə çatdırıb. O qeyd edib ki, Xocalıda baş vermiş qətliam bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib. Xocalı faciəsini törədənlər türk düşmənçiliyi ilə böyüdülən ermənilərdir.

İnstitut rəhbəri daha sonra bildirib ki, Xocalı soyqırımına dünya səviyyəsində hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Aİİ rektoru vurğulayıb ki, başımıza gətirilən belə faciələri unutmamalı, gənclərimizə daim soyqırımı həqiqətlərini aşılamalıyıq.

A.Şirinov nəzərə çatdırıb ki, Xocalı şəhidlərinin ruhu şaddır, artıq tam olaraq suverenliyimizi bərpa etmişik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, qüdrətli və rəşadətli Ordumuzun şücaəti sayəsində torpaqlarımızı düşmən tapdağından azad etmişik.

İnstitutun İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa “Xocalı soyqırımı – “Böyük Ermənistan” irqçiliyinin təzahürü kimi” mövzusunda çıxış edib. R.Mustafa Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. Xocalıya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının hücumu nəticəsində xüsusi qəddarlıqla qətlə yetirilən azərbaycanlılar arasında çox sayda yaşlı insan, qadın və uşaqlar olmuşlar. O, həmçinin mülki əhalinin itkin düşdüyünü, əsir götürüldüyünü, ailələrin xüsusi amansızlıqla məhv edildiyini nəzərə çatdırıb. Məruzəçi bildirib ki, Xocalı qətliamı Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi şəkillərdə həmçinin, xarici fotoqrafların lentə aldıqları rəsmlərdə də öz əksini tapıb, bütün dünyaya nümayiş olunub. Buna baxmayaraq, Xocalı soyqırımını hələ də tanımayan, ikili standartlarla yanaşan ölkələr var.

R.Mustafa vurğulayıb ki, Azərbaycanın 48 şəhər və rayonunda köç salan xocalılılar 500-600-dən çox kənd, sanatoriya, düşərgə və xüsusi evlərdə məskunlaşmışlar. Onlar yaxın zamanlarda Xocalıya qayıdacaqlar.

Xocalı soyqırımı qurbanları anılıb Xocalı soyqırımı qurbanları anılıb Xocalı soyqırımı qurbanları anılıb Xocalı soyqırımı qurbanları anılıb Xocalı soyqırımı qurbanları anılıb
Məqalədə: #Xocalı faciəsi

Mövzu üzrə digər xəbərlər

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
Cəmiyyət

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26 Fevral 15:30
Numan Kurtulmuş Xocalı Soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
Siyasət

Numan Kurtulmuş Xocalı Soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

26 Fevral 14:47
Ombudsman Aparatı Xocalı soyqırımının ildönümündə “Ana harayı” abidəsini ziyarət edib
Cəmiyyət

Ombudsman Aparatı Xocalı soyqırımının ildönümündə “Ana harayı” abidəsini ziyarət edib

26 Fevral 14:31
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib
Cəmiyyət

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

26 Fevral 14:16

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.