4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “FINS” təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası təşkil edilib.

12 Noyabr 2024 18:51
COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi

Bakı, AzerVoice

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “FINS” təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası təşkil edilib.

AzerVoice xəbər verir ki, beynəlxalq təşkilatların dəstəyi, aktivistlər, fotoqraf və müxtəlif ölkələrdən mütəxəssislərin dəstəyi ilə keçirilən aksiya COP29 məkanının Yaşıl Zonasında baş tutub.

Aksiyada İsveçrə, Kanada və Böyük Britaniyadan nümayəndələr iştirak ediblər. Aksiya iştirakçıları Norveç hökumətinin öz dəniz ərazilərində yerli şirkətlərə dərin dəniz mədənçiliyi ilə məşğul olmaq üçün lisenziyalar verərək, təbii resursların istismarına başlamaq planları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

İştirakçılar bildirib ki, onlar balina ovunun hələ də davam etməsinə diqqət çəkmək istəyirlər. Aksiya iştirakçısı Elissa Мау Phillips qeyd edib ki, bu, dünyanın bir sıra ölkələrində hələ də davam edir.

"Beləliklə, hələ də ticari balina ovunu həyata keçirən üç ölkə var, bunlar İslandiya, Yaponiya və Norveçdir. Və biz bunun hələ də davam etdiyinə diqqət çəkmək istəyirik. Ticarət məqsədli balina ovunu dayandırmaq üçün COP29-da qərar qəbul edənlərə ehtiyacımız var", - o bildirib.

Öz növbəsində, Maksvel Ris Hon vurğulayıb ki, onlar fərq yaratmaq və bunu daha çox ictimaiyyətə çatdırmaq üçün buradadırlar.

"Biz istəyirik ki, COP29-da iştirak edən insanlar bunun baş verdiyini və bunun davam etdiyini bilsinlər," - o qeyd edib.

Qeyd edək ki, bu gün, həmçinin COP29-un keçirildiyi Yaşıl zonada “FINS” təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etirazla əlaqədar panel müzakirələr keçirilib. Məruzəçilər və müzakirələrdə iştirak edən nümayəndələr balina ovu ilə bağlı narahatlıqlarını ifadə ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi COP29 məkanında dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası keçirildi
Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.