7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib

MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri, Türkiyə Səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir və iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası çərçivəsində bir araya gəlib.

20 Dekabr 2024 17:41
MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib

Bakı, AzerVoice

MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri, Türkiyə Səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir və iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası çərçivəsində bir araya gəlib.

Bu barədə AzerVoice-a MÜSİAD-dan məlimat verilib.

Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, dərnəyin 2024-cü ildə həyata keçirdiyi fəaliyyətlər və növbəti il üçün strateji hədəfləri haqqında məlumat verib.

Rəşad Cabirli, növbəti ildə üzvlərarası ticarətin artırılmasının və Azərbaycana xarici investisiyaların cəlb edilməsinin MÜSİAD Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Görüş çərçivəsində media nümayəndələri sahibkarlıq, iqtisadi inkişaf və Azərbaycana investisiyaların cəlb edilməsi mövzularında İdarə Heyəti üzvlərinə suallar ünvanlayıb. Müzakirələr zamanı ən çox diqqətə ehtiyac duyulan sahələrin inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Rəşad Cabirli, Azərbaycanın iqtisadi yüksəlişində dövlət tərəfindən verilən dəstəyin və təşviqlərin əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, ölkənin siyasi sabitliyi, strateji mövqeyi və sahibkarlara verilən dövlət dəstəyi Azərbaycanın, xüsusilə Türk iş dünyası üçün ideal bir investisiya məkanı olmasını təmin edir.

Sədr həmçinin Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, bölgələrə xarici investisiyaların cəlb edilməsi üçün həmin bölgələr barədə təqdimatların hazırlanmasının önəmini qeyd edib.

Rəşad Cabirli, MÜSİAD Azərbaycan olaraq bu sahədə önəmli işlər gördüklərini, Azərbaycanın Türkiyədə, xüsusilə Türk iş adamları arasında daha geniş tanıdılması məqsədilə “Azərbaycana Gəlmək üçün 101 Səbəb” adlı kitabın nəşr edildiyini bildirib. Kitab, artıq bir çox iş adamlarına təqdim olunub və görüş çərçivəsində media nümayəndələrinə də hədiyyə edilib.

Görüş Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilirin yekun sözləri ilə başa çatıb. O, Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsindən sonra iki ölkə arasında hər sahədə olduğu kimi media sahəsində də tərəfdaşlığın daha da dərinləşdiyini vurğulayıb. İşbilir, Türkiyə-Azərbaycan media platformasının yaradılmasının bu tərəfdaşlığın bariz nümunəsi olduğunu qeyd edib. Görüşə görə Rəşad Cabirliyə təşəkkür edən İşbilir, media nümayəndələri ilə bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib.

MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib
Məqalədə: #MÜSİAD Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadiyyat

Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

9 İyul 21:24
MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib
Türkiyə

MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

26 İyun 19:14
Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo
Cəmiyyət

Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo

4 May 16:40
Bakı Türk dünyasının mühəndislik nəhənglərini bir araya gətirir: Tarixi zirvə başlayır
Türk Dövlətləri

Bakı Türk dünyasının mühəndislik nəhənglərini bir araya gətirir: Tarixi zirvə başlayır

30 Aprel 17:31

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.