6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Modanın gücü ilə geyimin əhvalımıza təsiri- Stilist Ayaz Este

Geyim, sadəcə bir örtük deyil; o, bizim kim olduğumuzu ifadə edən, özümüzü necə hiss etdiyimizi və başqalarına necə göründüyümüzü göstərən bir vasitədir.

18 Yanvar 2025 10:30
Modanın gücü ilə geyimin əhvalımıza təsiri- Stilist Ayaz Este

Bakı, AzerVoice

Geyim, sadəcə bir örtük deyil; o, bizim kim olduğumuzu ifadə edən, özümüzü necə hiss etdiyimizi və başqalarına necə göründüyümüzü göstərən bir vasitədir.

Bunu AzerVoice - ə açıqlamasında tanınmış stilist Ayaz Este deyib.

O qeyd edib ki, geyim bizim əhvalımızı formalaşdıran ən təsirli amillərdən biridir. Parlaq rənglər, rahat və uyğun kəsimlər özümüzü daha enerjili və pozitiv hiss etdirə bilər. Təsadüfi bir günə xoşbəxt başlamaq üçün sadəcə sevdiyimiz bir geyimi seçmək kifayətdir. Əksinə, özümüzü narahat hiss etdiyimiz paltarlar gün ərzində motivasiyamıza mənfi təsir göstərə bilər.

Stilist hesab edir ki, doğru geyim seçimi insanın özünə olan inamını artırır. Xüsusilə iş görüşmələrində və ya xüsusi tədbirlərdə özümüzə uyğun və dəbli görünmək, özümüzü daha peşəkar və güclü hiss etməyimizə səbəb olur. Psixoloji olaraq, yaxşı geyinən insanın bədən dili daha açıq olur və başqalarına daha təsirli görünür.

“Moda trendlərinə uyğun geyinmək bəzən insana cəmiyyətdə daha aktual və qəbul edilmiş hiss etdirə bilər. Amma bu zaman vacib olan məqam odur ki, dəblə yanaşı şəxsi stilimizə sadiq qalaq. Hər kəsin özünəməxsus stili var və onu qorumaq əslində özünə inamı artırır.”- deyə tanınmış stilist vurğulayıb.

“Həm fiziki, həm də psixoloji rahatlıq geyimlərimizdən gəlməlidir. Eyni zamanda, özümüzü ifadə edə biləcəyimiz paltarlar seçmək önəmlidir. Hər kəsin geyimlə bir mesaj vermə gücü var. Bununla yanaşı, rənglərin və materialların əhvalımıza təsirini nəzərə almalıyıq. ”- deyə stilist sonda bildirib.

Məqalədə: #Ayaz Este

Mövzu üzrə digər xəbərlər

Papaq sadəcə bir geyim deyil -  bu, kimliyin özüdür
Cəmiyyət

Papaq sadəcə bir geyim deyil - bu, kimliyin özüdür

7 Aprel 10:30
Fast fashion və istehlak böhranı - geyim vərdişlərimiz ətraf mühiti necə təhlükəyə atır?
Cəmiyyət

Fast fashion və istehlak böhranı - geyim vərdişlərimiz ətraf mühiti necə təhlükəyə atır?

6 Fevral 12:08
Düzgün geyinmək çətindirmi? Kişilər üçün sadə və təsirli geyim qaydaları
Cəmiyyət

Düzgün geyinmək çətindirmi? Kişilər üçün sadə və təsirli geyim qaydaları

26 Yanvar 13:22
Geyim təkcə görünüş deyil, həyat tərzidir - Tanınmış stilist Ayaz Este
Cəmiyyət

Geyim təkcə görünüş deyil, həyat tərzidir - Tanınmış stilist Ayaz Este

6 May 2025 16:58

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.