7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ombudsman Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

25 İyul 2024 04:09
Ombudsman Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Bakı. AzerVoice

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Görüş zamanı Müvəkkil qonaqları salamlayaraq, mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Beynəlxalq təşkilatlarla, eləcə də ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən danışan S.Əliyeva Türkiyənin Ombudsman təsisatı və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumu ilə sıx əməkdaşlığın mövcud olduğunu bildirib.

Azərbaycanın Ombudsman təsisatı ilə Konstitusiya Məhkəməsi arasında insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində müsbət əməkdaşlıq əlaqələrindən bəhs edən Müvəkkil Konstitusiya Məhkəməsinə sorğuların göndərildiyini diqqətə çatdırıb.

Ombudsman “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edərək, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması, informasiya əldə etmək hüququnun təmini və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən danışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi barədə hələ də məlumat əldə olunmadığını bildirib, işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda minaların basdırıldığını, həmin minaların insanların həyat və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini diqqətə çatdırıb.

Eyni zamanda, ombudsman müharibə və postmüharibə dövrlərində həyata keçirdiyi faktaraşdırıcı missiyalardan danışıb, həmin missiyaların nəticələri əsasında hazırlanmış xüsusi hesabat, bəyanat və müraciətlərin müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına ünvanlandığını qeyd edib.

Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya öz növbəsində səmimi görüşə görə ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub, Azərbaycanın ombudsman təsisatı tərəfindən hazırlanmış hesabatlar qonağa təqdim edilib.

Ombudsman Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
Məqalədə: #ombudsman #Səbinə Əliyeva

Mövzu üzrə digər xəbərlər

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb
Cəmiyyət

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

29 Avqust 12:54
Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər
Cəmiyyət

Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

28 İyul 10:09
Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq
Cəmiyyət

Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

8 İyun 14:08
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib
Cəmiyyət

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

7 May 13:12

Son Xəbərlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
19:31
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
19:25
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
19:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.