6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni Təlimat təsdiqləyib

13 Avqust 2024 15:21
Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni Təlimat təsdiqləyib

Bakı,AzerVoice

Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq Əmri ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanan uşaqların immunizasiyası üzrə yeni Təlimat təsdiqlənib.
Səhiyyə Nazirliyindən AzerVoice-a verilən məlumata görə, bu Təlimat ölkədə həyata keçirilən İmmunizasiya Proqramının əhəmiyyətli şəkildə genişləndirilməsinə təkan verəcək. Təlimatda vaksinasiyaya əks-göstərişlər və ilk dəfə olaraq gecikmiş peyvənd cədvəli haqqında müasir məlumatlar verilir. O, həmçinin peyvəndin saxlanması və daşınması, peyvənddən sonra baş verə biləcək əlavə təsirlər, peyvəndin tətbiqi üsulları daxil olmaqla keyfiyyətli immunizasiya xidmətlərini təmin etmək üçün ilkin səhiyyə xidməti səviyyəsində tələb olunan bütün məlumatları özündə ehtiva edir.

Təlimatda ölkədə tətbiq olunan profilaktik peyvəndlər təqvimində əksini tapmayan vaksinlər haqqında da qısa məlumat verilir. Bu da Azərbaycanda vaksinasiya səylərinin əhatə dairəsinin genişləndirilməsinə önəm verilildiyini nümayiş etdirir. Təlimatdakı müasir yanaşmaların təcrübəyə inteqrasiya olunması vaksinlər və immunizasiya xidmətləri ilə bağlı yanlış fikirlərin aradan qaldırılmasına kömək edəcək. Bununla da immunizasiya ilə əhatə səviyyəsinin yüksəlməsinə, həmçinin immunizasiyada bərabərlik məsələlərinin həllinə müsbət təsir göstərəcək.

Yeni təlimat vaksinlə qarşısı alına bilən xəstəliklərdən qorunmaq məqsədilə davam etdirilən səylərimizdə mühüm addımdır. Bu vəsait tibb işçilərinə əsaslandırılmış qərar qəbul etmək və uşaq əhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradacaq.

Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni Təlimat təsdiqləyib
Məqalədə: #BMT #Səhiyyə Nazirliyi #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #uşaqların immunizasiyası

Mövzu üzrə digər xəbərlər

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.