12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Almaniyada Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

4 Sentyabr 2024 15:49
Almaniyada Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

Bakı, AzerVoice

14 sentyabr tarixində Bonn şəhərində keçiriləcək Azərbaycanlı Həkimlərin III Forumu alman mətbuatında geniş yer alıb. Bu forum Azərbaycandan olan təxminən 200 tibb mütəxəssislərini bir araya gətirəcək.

AzerVoice xəbər verir ki, bu barədə Almaniyanın informasiya portalları məlumat yayıb.

"Bu tədbir yalnız bir forum deyil. O, Azərbaycan ilə Almaniya arasında mədəni körpülər quran tibb işçiləri arasında möhkəm əlaqələri və təcrübə mübadiləsini simvolizə edir", – “Mein Berlin” nəşri yazır.

Alman mətbuatı azərbaycanlı həkimlərin Almaniyanın səhiyyə sisteminə olan əhəmiyyətli töhfəsini vurğulayır.

"Hazırda Almaniyada 2000-dən çox azərbaycanlı həkim çalışır və yerli səhiyyə sisteminə dəyərli töhfələrini verir. Bu tədbir azərbaycanlı həkimlərin Almaniyanın səhiyyə sistemində artan təsirini vurğulayır, mədəni və peşəkar əlaqələri gücləndirmək üçün imkan yaradır. Bundan əlavə, Azərbaycan Tibb Universitetinin tələbələrinin hər il təxminən 60 faizi Almaniyaya gəlmək istəyini ifadə edir, bu da ixtisaslı işçi qüvvəsinin işə götürülməsi tendensiyasını nümayiş etdirir", - “Hanauer Anzeiger” nəşri yazır.

“Nachrichten Heute” məqaləsində forumun keçən il Troisdorf şəhərindəki GFO klinikasının radiologiya, neyro-radiologiya və nüvə tibb şöbəsinin baş həkimi və Almaniya Azərbaycanlıları Alyansının sədri olan tibb elmləri doktoru Nuran Abdullayev tərəfindən təsis edildiyi vurğulanır. Hazırda forumun idarə heyətinə Elvin Hüseynov başçılıq edir. Məqalədə, həmçinin, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da daxil olmaqla, Azərbaycan hökumətinin nümayəndələrinin tədbirdə iştirak edəcəyi qeyd edilir.

"Forum mövcud əlaqələri gücləndirmək və gələcək əməkdaşlıq üçün zəmin hazırlamaq məqsədini güdür. Bu, azərbaycanlı həkimlərin Almaniyanın səhiyyə sisteminə verdiyi töhfəni tanımaq və bu mütəxəssislərin Almaniya səhiyyə sisteminə uğurlu inteqrasiyasını vurğulamaq üçün unikal bir fürsət olacaq", - “Kurier” nəşri yazır.

Almaniyada Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək
Məqalədə: #Azərbaycan #Almaniya #Azərbaycanlı Həkimlərin III Forumu

Mövzu üzrə digər xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43

Son Xəbərlər

Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.