4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun Youtube-da “TurkDiscovery” adlı yeni layihəsi Köçəri Oyunlarına həsr olunub

4 Sentyabr 2024 15:41
Türk Mədəniyyəti və İrsi Fondunun Youtube-da “TurkDiscovery” adlı yeni layihəsi Köçəri Oyunlarına həsr olunub

Bakı, AzerVoice

Türk Mədəniyyəti və İrsi Fondunun Youtube platformasında “TurkDiscovery” adlı yeni layihəsi çərçivəsində növbəti buraxılışı bu il Qazaxıstanda keçiriləcək V Dünya Köçəri Oyunlarına həsr olunub

AzerVoice xəbər verir ki, Türk Dünyasının qədim ənənələrini, mədəniyyətini və ruhunu yaşadan bu oyunlar, xalqımızın öz kimliyini qorumağa yönəlmiş canlı bir layihədir.

Artıq bu nadir hadisənin təfərrüatlarını "TurkDiscovery"nin rəsmi YouTube kanalından izləyə bilərsiniz.

İldə iki dəfə dünyanın dörd bir yanından gələn izləyiciləri bir araya gətirən Dünya Köçəri Oyunları, Türk Dünyasının mədəni və idman həyatında böyük önəm daşıyır. Bu möhtəşəm tədbir, türk xalqlarının əsrlər boyu yaşatdığı adət-ənənələrini və dəyərlərini geniş miqyasda çatdırır.

“TurkDiscovery”nin bu xüsusi buraxılışı, köçəri oyunlarının əhəmiyyətini və ildən-ilə artan populyarlığının səbəblərini araşdırır. Verilişdə Azərbaycan Respublikasının tanınmış siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov, Ümumdünya Etnosport Konfederasiyasının prezidenti Bilal Erdoğan, tarix elmləri doktoru Marat Absemetov, 5-ci Dünya Köçəri Oyunlarının Hazırlanması və Keçirilməsi Direktorluğunun rəhbəri Nail Nurov, Ümumdünya Etno Oyunlar Konfederasiyasının prezidenti Asxat Akibayev, Qırğız Respublikasının sabiq mədəniyyət, turizm və idman naziri Azamat Jamankulovun çıxışları yer alıb.

İzləyicilər bu xüsusi buraxılışda, köçəri həyatın aynası olan köçəri oyunlarının niyə hər il daha çox diqqət çəkdiyini, Türk dünyasının geniş coğrafiyasında mədəni birliyə və mənəvi bağların möhkəmlənməsinə necə töhfə verdiyini kəşf edəcəklər. Türk Dünyasının qədim irsinə səyahət etmək istəyən hər kəs üçün bu nadir məqamları qaçırmamağı tövsiyə edirik.

https://youtu.be/Zb5qHFiJIuY?si=Yi3V8waas7EEVgwU
Türk Mədəniyyəti və İrsi Fondunun Youtube-da “TurkDiscovery” adlı yeni layihəsi Köçəri Oyunlarına həsr olunub Türk Mədəniyyəti və İrsi Fondunun Youtube-da “TurkDiscovery” adlı yeni layihəsi Köçəri Oyunlarına həsr olunub Türk Mədəniyyəti və İrsi Fondunun Youtube-da “TurkDiscovery” adlı yeni layihəsi Köçəri Oyunlarına həsr olunub
Məqalədə: #Qazaxıstan #Türk Mədəniyyəti və İrsi Fondu #5-ci Ümumtürk Köçəri oyunları

Mövzu üzrə digər xəbərlər

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01
Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev
Siyasət

Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

1 Sentyabr 12:34

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.