13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Əlilliyi olan uşaqların analarına sosial dəstək layihəsi keçirilib

9 Oktyabr 2024 15:16
Əlilliyi olan uşaqların analarına sosial dəstək layihəsi keçirilib

Bakı, AzerVoice 

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi 01 avqust 2024-cü il tarixdən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İlk tibbi yardım” layihəsinin icrasına başlamışdır.

AzerVoice xəbər verir ki, layihənin məqsədi əlilliyi olan uşaqların analarını tibb kurslarına cəlb etməklə onların tibbi mariflənməsinə, anaların tibbi savadlılığının artırılmasına və bu yolla əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılmasına, eyni zamanda cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Tərtib olunmuş proqram əsasında tibb mütəxəssisi tərəfindən layihə müddətində valideynlərə 30 təlim keçiləcək. Artıq layihənin 21 təlimi icra olunub. Təlimlərdə:- İnsan anatomiyası, endokrin vəzilər, aseptika antiseptika, yataq xorası olan xəstələrə qulluq və yataq xoralarının profilaktikası, buz qovuqları, qanburaxma, qanın tərkibi, qan qrupları, qanaxma, mədə və ağciyər qanaxmaları, burun qanaxması zamanı İlk yardım, yanıqlar zamanı İlk yardım, epileptik tutma və tutma (bayılma) zamanı ilk yardımın təşkili,şəkərli diabed, koma və onun növləri, hiperqlikemik və hipoqlikemik koma zamanı ilk yardım, tənəffüs yollarında yad cisim qalarkən göstərilən ilk yardım, günvurma, istivurma, İlan sancması zamanı ilk yardım, zəhərlənmə, növləri və digər xəstəliklər haqqında təlimlər icra olunub, bu xəstəliklər zamanı ilk tibbi yardım öyrədilib.

Bundan başqa analara bədən temperaturu və onun ölçülməsi, nəbzin müayinəsi, arterial təzyiqin ölçülməsi, şəkərin qlükometr aparatı ilə ölçülməsi, əzələ daxili və damar inyeksiyaları, sistemin qoşulması, vazofiksin qoyulması öyrədilib və bu zaman tələb olunan protokol qaydaları başa salınıb. Hər təlimin sonunda iştirakçılarla keçilmiş mövzu ətrafında interaktiv sual-cavab aparılıb.
Təlimlər zamanı anaların öyrəndikləri biliklər əvvəlcədən hazırlanmış suallarla yoxlanılmış və praktik məşğələlərlə biliklərini təkmilləşdirmək üçün geniş imkanlar yaradılmışdır. Hər bir iştirakçı nəzəri bilikləri təcrübədə tətbiq etməklə, tibbi prosedurlarda özünə inamlarını artırmışdır.
Təlimlər çərçivəsində əldə edilən nəticələr layihənin uğurla davam etdirildiyini, anaların isə tibbi sahədə yüksək dərəcədə bilik və bacarıq qazandıqlarını təsdiqləyir.
Qeyd edək ki, layihə 31 oktyabr 2024-cü il tarixədək davam edəcək.

Əlilliyi olan uşaqların analarına sosial dəstək layihəsi keçirilib Əlilliyi olan uşaqların analarına sosial dəstək layihəsi keçirilib Əlilliyi olan uşaqların analarına sosial dəstək layihəsi keçirilib Əlilliyi olan uşaqların analarına sosial dəstək layihəsi keçirilib
Məqalədə: #“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.