8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

ANAMA BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib

12 Aprel 2025 15:46
ANAMA BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib

Bakı, AzerVoice

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərinə rəsmi səfər edib.

AzerVoice xəbər verir ki, nümayəndə heyəti cari ilin 9-11 aprel tarixlərində BMT-nin Minatəmizləmə Xidməti və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) təşkilatçılığı ilə milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib.

"Təhlükəsiz gələcək buradan başlayır" əsas mövzusu altında keçirilən beynəlxalq iclas çərçivəsində bir sıra plenar sessiya və yan tədbirlər təşkil edilib.

Agentliyin nümayəndəsi tədbir çərçivəsində keçirilən "Milli Potensialın İnkişafı: Minalarla Mübarizədə Effektiv Lokallaşdırma" mövzusunda plenar sessiyada panelist qismində iştirak və çıxış edib.

Beynəlxalq iclas çərçivəsində 11 aprel tarixində ANAMA tərəfindən təşkil olunan "Humanitar minatəmizləmə fəaliyyətində tədqiqat, innovasiya və texnologiyanın inkişafı" adlı yan tədbirdə Agentliyin nümayəndəsi, ASEAN Regional Minatəmizləmə Mərkəzinin icraçı direktoru, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və BMT-nin bu sahə üzrə ekspertləri panelist qismində iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov minalar və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin qlobal miqyasda ən ciddi humanitar problemlərdən biri olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan minatəmizləmə fəaliyyətinə innovasiya və texnologiyanın inteqrasiyası, resursların optimallaşdırılması üçün yeni imkanlar istiqamətində mühüm addımlar atır.

Tədbir çərçivəsində humanitar minatəmizləmə fəaliyyətində əməliyyatların effektivliyini artırmaq və riskləri azaltmaq məqsədilə ənənəvi üsullarla yanaşı qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə texnoloji irəliləyişlər, minatəmizləmə əməliyyatları zamanı prioritetlər və çağırışlar, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin innovativ yanaşmalarda rolu və bu istiqamətdə əməkdaşlıq mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.

Yan tədbirdə Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə təqdimat edilib.

ANAMA BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib ANAMA BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib ANAMA BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib ANAMA BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında iştirak edib
Məqalədə: #BMT #ANAMA #minatəmizləmə #Cenevrə

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
İran

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

7 Sentyabr 19:25

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.