4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 63 milyon manatlıq məhsul istehsal edilib

Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən cari ilin I rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.

12 İyun 2025 16:00
Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 63 milyon manatlıq məhsul istehsal edilib

BAKI, AzerVoice

Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən cari ilin I rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə iyunun 12-də İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağdam Sənaye Parkına təşkil olunan mediatur zamanı məlumat verilib.

Məlumata əsasən, 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla 85 milyon manatlıq məhsul istehsal olunub.

İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, ixrac edilməsi istiqamətində də uğurlar əldə edilməkdədir.

Belə ki, Ağdam Sənaye Parkının rezidenti “Bafco İnvest” MMC bugünlərdə Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrin ixracına başlayıb. Bununla əlaqədar media mənsublarının da iştirakı ilə tədbir keçirilib. Tədbir çərçivəsində Qazaxıstana 5 min cüt ayaqqabı göndərilib.

Almaniyanın Desma şirkətinin avadanlıqlarından istifadə edilən müəssisənin illik gücü 510 min cüt ayaqqabı istehsalı təşkil edir. Şirkət tərəfindən 67 nəfər daimi işlə təmin edilib.

Qeyd edək ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər.

Sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyun tarixinə qədər 126 təsdiqedici sənəd verilib, bu təsdiqedici sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 63 milyon manatlıq məhsul istehsal edilib Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 63 milyon manatlıq məhsul istehsal edilib Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 63 milyon manatlıq məhsul istehsal edilib Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 63 milyon manatlıq məhsul istehsal edilib
Məqalədə: #Ağdam

Mövzu üzrə digər xəbərlər

Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub
Cəmiyyət

Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub

7 May 10:51
Ağdama növbəti köç karvanı yola salınıb
Cəmiyyət

Ağdama növbəti köç karvanı yola salınıb

24 Aprel 09:21
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
Siyasət

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

17 Aprel 22:01
Ağdamda keçirilən regional konfrans başa çatıb
Cəmiyyət

Ağdamda keçirilən regional konfrans başa çatıb

15 Aprel 22:43

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.