9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20 iyun 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı və “Baku ID” innovasiya festivalı çərçivəsində Gənclərin Süni İntellekt Forumu baş tutub.

23 İyun 2025 12:47
Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

BAKI,AzerVoice

20 iyun 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı və “Baku ID” innovasiya festivalı çərçivəsində Gənclərin Süni İntellekt Forumu baş tutub.

AzerVoice xəbər verir ki, Forumun əsas məqsədi gəncləri süni intellekt sahəsində baş verən yeniliklərlə tanış etmək, onların bu sahəyə marağını artırmaq, karyera imkanlarını müzakirə etmək və gələcək əmək bazarına hazırlıqlı olmalarına dəstək olmaqdır.

Açılış mərasimində Millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, gənclərin texnologiya və süni intellekt sahəsində inkişafının önəmindən, bu sahədə dövlətimizin gənclər üçün yaratdığı bimkanlardan söz açıblar.

200-dən çox gəncin iştirak etdiyi Forumda “Süni intellektin və texnologiyanın gənclərin karyera quruculuğunda rolu: mövcud imkanlar və çətinliklər” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsinə Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərli moderatorluq edib.

Panelin spikerləri sırasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun icraçı direktoru Alya Abbaszadə, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə və “Süni İntellekt HUB”ın həmtəsisçisi Ləman Əliyeva yer alıb. Müzakirələr zamanı iştirakçılar süni intellekt texnologiyalarının gənclər üçün təqdim etdiyi imkanlardan, bu sahədəki mövcud çağırışlardan və əmək bazarına təsirlərindən bəhs ediblər.

Tədbirin sonunda iştirakçılarla sual-cavab sessiyası təşkil olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən sayca ikinci dəfə keçirilən Süni İntellekt Forumu gənclərin rəqəmsal texnologiyalar sahəsində bilik və bacarıqlarını artırmalarına, eyni zamanda bu sahədə əlaqələr quraraq şəbəkələşməsinə şərait yaradıb.

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib
Məqalədə: #Bakı #Süni intellekt #Gənclər #Azərbaycan Gənclər Fondu #Gənclərin İnkişaf və Karyera Mərkəzi #Gənclərin Süni İntellekt Forumu

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14

Son Xəbərlər

Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.