5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan və Pakistanın məhkəmə orqanları arasında əməkdaşlıq müzakirə edilib

2025-ci ilin 11 iyul tarixində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının hüquq və ədliyyə naziri Azam Nazeer Tararın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

11 İyul 2025 14:04
Azərbaycan və Pakistanın məhkəmə orqanları arasında əməkdaşlıq müzakirə edilib

Bakı. AzerVoice

2025-ci ilin 11 iyul tarixində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının hüquq və ədliyyə naziri Azam Nazeer Tararın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

AzerVoice xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov xalqlarımızın ortaq dini, tarixi və mədəni dəyərlərə əsaslanan qardaşlıq münasibətlərindən bəhs edib.

Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq əlaqələri bütün sahələrdə, o cümlədən, hüquq və ədliyyə sistemində də daim inkişaf edir.

Görüşdə ölkəmizin məhkəmə sistemində aparılan islahatlar və hüquqi dövlət quruculuğu sahəsində əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verilib. Həmçinin məhkəmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb. Məhkəmə sistemlərinin inkişafı, hüquq islahatları, hakimlərin tədrisi və ixtisasartırması sahələrində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edilib.

Pakistanın hüquq və ədliyyə naziri Azam Nazeer Tarar öz növbəsində səmimi qəbula görə təşəkkür edib və Azərbaycanla hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin iki ölkənin məhkəmə sistemləri üçün faydalı olacağını bildirib. Hüquq sahəsində bilik və təcrübə mübadiləsinin qarşılıqlı fayda verəcəyi vurğulanıb, bu istiqamətdə praktiki addımların atılmasının zəruriliyi diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Azərbaycan və Pakistanın məhkəmə orqanları arasında əməkdaşlıq müzakirə edilib Azərbaycan və Pakistanın məhkəmə orqanları arasında əməkdaşlıq müzakirə edilib
Məqalədə: #Azərbaycan #Pakistan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.